Sağlamlıq

Axşam hazırlayıb səhər için - İndiyə qədər bilmədiyiniz sadə və çox faydalı resept

21 İyun 2020 21:20
0 Şərh     Baxış: 2 376
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qədim dövrlərdən bəri bir çox maraqlı reseptlər ötürülərək bu günümüzə gəlib: sınaqdan keçirilmiş və effekti görülmüş vasitələr.

Milli.Az medicina.az-a istinadən bildirir ki, bunlardan biri də səhər acqarına su içməkdir ki, bu da orqanizmə bütün metabolik və həyati prosesləri başlamağa kömək edir.

Limonlu su, çəki atmaq istəyən insanlar tərəfindən istifadə olunur. Bəli, faydalıdır və yaxşıdır, ancaq orqanizmə yan təsirləri və sonradan bərpası mümkün olmayan zərərləri də var.

Kişmişli su isə demək olar ki, heç kimin bilmədiyi ən effektli və faydalı vasitələrdən biridir. Günə gözəl əhvalla başlamağın və sağlamlığın sirridir. Belə sudan istifadə edərək, 14 gün ərzində vücudunuzu bütün toksinlərdən təmizləyərək , özünüzü daha gümrah hiss edəcəksiniz.

Qaraciyərin fəaliyyətini stimullaşdırmaq, qan tərkibini yaxşılaşdırmaq, böyrəkləri və qaraciyəri doyurmaq, qan damarlarının divarlarını gücləndirmək - bütün bunları kişmiş suyu ilə təmin etmək mümkündür.

Üzüm, su və bal götürün. Kişmişi su qaynayanadək bişirin. Sonra qurudulmuş meyvəni bal ilə qarışdırıb üzərinə 1 lt su əlavə edib, qapalı bir qabda saxlayırıq.

Səhər bir stəkan boş mədəyə qəbul edilir. Yavaş-yavaş içmək və mümkün qədər yaxşı çeynəmək lazımdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.