Həkim-psixoterapevt: Koronavirusdan qorxmaqda deyil, məsuliyyətli olmaqda böyük fayda var
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Koronavirusun yoluxma imkanları güclü olduğundan o, çox sürətlə yayılır. Maraqlı cəhəti odur ki, virus 28 günədək yoluxuculuq qabiliyyətini saxlayır. Yəni bu müddət ərzində xəstəlik əlamətləri üzə çıxmaya bilər. Əksər insanlarda da xəstəlik heç bir əlamət olmadan keçir. Ona görə də həmin müddət ərzində bir insan digərlərini yoluxdura bilir. Elə bu səbəbdən birdən-birə çox sayda insanın yoluxma faktına rast gəlinir. Digər tərəfdən yoluxma faktlarının artımı aparılan testlərin çoxluğu ilə əlaqəlidir. Belə ki, ilkin dövrdə infeksiya faktları müəyyən olunanda Azərbaycan yalnız Ümumdünya Səhiyyə Təşkilatından məhdud şəkildə testlər alırdı və həmin dövrdə mövcud imkanlar çərçivəsində müayinələr aparılırdı. Sonrakı dövrdə ölkəmiz artıq özü kifayət qədər testlər almağa başladı. Əgər ilkin vaxtlar ölkədə gündə cəmi 200-300 test keçirilirdisə, indi müayinələrin sayı mindən çoxdur. İmkanların genişlənməsi yoluxma hallarını müəyyənləşdirmək üçün imkanları artırıb. Daha çox test aparıldıqca, daha çox xəstə aşkarlanır. Bu, vacib məqamdır.
Milli.Az bildirir ki, bu sözləri AZƏRTAC-a müsahibəsində tanınmış həkim-psixoterapevt Əli Nağıyev deyib.
"Ölənlərin sayına baxanda görərik ki, indiyədək 7 nəfər dünyasını dəyişib. Hər bir ölüm faciədir, lakin yoluxanlarla ölənlərin nisbəti 1 faiz civarındadır. Dünyada isə ortalama faiz 5 faizə yaxındır. Belə baxanda biz səhiyyə sistemimizin xəstəliklə mübarizəsi, dövlətimizin gördüyü tədbirlərlə qürur duya bilərik. Ölkəmizdə vaxtında və çevik işlər görülüb. Həmçinin virusla mübarizədə yaxından iştirak edən həkimlərə minnətdarlıq düşür. Çünki burada iki komponent vəziyyəti nəzarətdə saxlamaqda öz rolunu oynayır: dövlətin vaxtında gördüyü tədbirlər və həkimlərin fədakarlığı. Xəstəliyi yüngül keçirənlərin sayı çoxdur. Bu, vaxtında görülən tədbirlərin nəticəsidir. Buna görə də böyük təşvişə düşməyi, sosial şəbəkələrdə insanların psixologiyasına mənfi təsir edin fikirlər yaymağı düzgün hesab etmirəm. Düşünürəm ki, qorxmaq, təşviş, panika ağılı əldən alır. Qorxmaqda yox, məsuliyyətli olmaqda böyük fayda var.
Koronavirus Avropanın bir çox ölkəsində tüğyan edir. Avropa ilə müqayisədə, ABŞ-da yayılma və ölüm halları gec başladı, indi isə bu ölkə az qala koronavirus pandemiyasının əsarəti altındadır. Regionun və dünyanın təcrübəsi göstərir ki, infeksiyanın sürətlə yayılması və pik həddə doğru hərəkət etməsi bir çox obyektiv və subyektiv amillərlə bağlıdır. Hər bir ölkə və region üçün bu hal spesifikdir. Mənfur qonşularımızda olan vəziyyətə baxsaq, görərik ki, Ermənistanda koronavirusa yoluxanların sayı Azərbaycandakından çoxdur. Həmçinin orada ölkəmizdəki qədər çox test aparıla bilmir. Əgər gündə 1000 test keçirə bilsələr, yoluxanların sayında ciddi artım qeydə alınar. Odur ki, dövlətimiz, səhiyyə sistemimiz tədbirlər gördüyü halda məsuliyyətimizi itirməyək, onlara dəstək olaq. Evdə daha çox qalmağa çalışaq, lazımsız yerə küçəyə çıxmayaq, sağlamlığımızın keşiyində duran dövlət strukturlarının işinə mane olmayaq. Ən vacib məqamlardan biri odur ki, obyektiv yanaşma qorxuları aradan qaldırar. Xəstəliklə bağlı rəsmi mənbələrdən obyektiv məlumat almaq psixoterapiya effekti verir. İnsan özünü qorumaq yollarını dərk etsə, qorxusu yox, ağıllı tədbirlər görmək bacarığı təzahür edər.
Bir daha demək istəyirəm ki, qorxmaq əvəzinə məsuliyyətli olmağa üstünlük verilməlidir. Qorxu elə bir hissdir ki, bizim bütün əqli, düşüncə potensialımızı əlimizdən alır. Bununla yanaşı, qorxmamaq da məsuliyyətsizliyə, başqalarını düşünməməyə, eqoizmə aparıb çıxarmamalıdır. Kimsə qorxmasa da yaxınlarını, ailə üzvlərini, ətrafdakıları düşünsün. Odur ki, hər kəsi tətbiq olunan karantin rejiminə, qaydalara əməl etməyə səsləyirəm", - deyə Ə.Nağıyev bildirib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Göyərtilər necə saxlanılır: Keşniş, cəfəri, şüyüd və nanənin saxlanma qaydaları
-
Azərbaycanlı məşhur bloqer və influenserlərin bu biznesləri varmış... - (Fotolar)
-
İşdə nə edək ki, daha az yorulaq
-
Enerji içkisi sevənlər oxusun
-
Çılpaq yatmağın faydaları
-
"Real"ın ulduzunun qəribə həyatı: Atası müsəlman, özü xristian, anası buddist... - FOTO
-
Xalq artisti özündən gözəl qızı ilə Fotolarını yaydı
-
Rusiya Ukraynaya atəşkəs təklif etdi
-
Xaricdən gətirilən bəzi avtomobillərin VİN kodu silinir - xəbərdarlıq - (Video)
-
Günün qoroskopu: Yeni insanlarla tanış olmaq karyeranızda müsbət irəliləyişlərə səbəb ola bilər
-
81 yaşlı Türkan Şorayın son halı (Foto)
-
Zəngilanda çayda boğulan şəxsin meyiti tapılıb - Yenilənib
-
Venesuelada zəlzələ qurbanlarının sayı 3 minə çatıb
-
74 yaşlı Bülənt Ərsoy estetik etdirdi - Xəstəxanadan (Foto)
-
Qəza vaxtı Amalın qanında nə narkotik, nə də spirt olub - Ekspert rəyi
-
Uşaqları ilə su anbarında batan şəxs şəhid övladı imiş
-
Səbinə Salmanovaya ağır itki
-
DÇ-2026: Mərakeş millisi 1/4 finala vəsiqə qazanıb
-
Kondisioneri neçə dərəcədə işlətmək daha düzgündür?
-
DÇ-2026: Fransanın oyunu təxirə salına bilər
-
Tramp: Xameneinin dəfnində hamını məhv edə bilərik, amma onda danışıq aparacaq heç kim qalmayacaq
-
İşlənmiş avtomobil alarkən ilk növbədə nələrə diqqət yetirmək lazımdır
-
İsti havada çimərliyə bu qidaları aparmaq olmaz
-
"Ən bahalı geyimim 500 manatdır" - İzzət Bağırov





