Sağlamlıq

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

19 İyul 2020 23:34
Baxış: 4 798
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır.

Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsici içmək də olmaz, çünki həkimi müayinədə çaşdıra bilər.
Hətta əksər hallarda təcili əməliyyat tətbiq edilir.

Amma yüngül tutmalarda evdə özünüzə kömək edə bilərsiniz.

Milli.Az medicina.az-a istinadən öd ağrıları zamanı effektiv 5 metodu təqdim edir.

1 - Yun odeyal və ya isti "qrelka" - spazmı tez yüngülləşdirmək üçün ya plastik butulu qaynar su ilə doldurub dəsmala bükərək öd ətrafına qoymaq, ya da qrelkadan istifadə edə bilərsiz. Bu zaman ayaqlarınızı sinəyə doğu yığıb uzanın. Və yun yorğan, odeyalla bütün bel hissəni sarıyıb əyləşin. İsti təsir ağrını yüngülləşdirməlidir. İsti qoymaq 20 dəqiqə fasilə ilə edilməlidir.

2. Ağrıkəsici kimi no-şpa içə bilərsiz. Aspirin və ya ibuprofen olmaz, onlar mədəni qıcıqlandırır.

3. Bu tərəvəzlərdən ibarət şirəni için: çuğundur, kök, xiyar. Gündə 2 stəkan. Bunlar orqanizmi toksinlərdən təmizləyəcək və ödə yaxşı təsir edir.

4. Bitki dəmləməsi, çayı için: rozmarin, kalendula, çobanyastığı, nanə, zəncəfil və s.

5. Alma sirkəsi qatılmış ilıq su için. Alma sirkəsi dərhal öd kisə ağrısını kəsir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.