Sağlamlıq

Aspirin xərçəng xəstələrini ölümdən xilas edə bilər - ALİMLƏR

20 İyul 2020 05:30
Baxış: 2 961
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Amerikalı həkimlər aspirinin şiş xəstəliklərində müsbət təsirini araşdırıb və yeni maraqlı iddia irəli sürüb.

Milli.Az medicina.az-a istinadən bildirir ki, Journal of the American Medical Association da elmi araşdırmanın nəticələri çap olunub.

Təcrübədə 65 yaşdan yuxarı, prostat, ağciyər, bağırsaq və qaraciyər xərçəngi olan insanlara 4 həftə boyunca həftədə 3 dəfə olmaqla aspirin verilib.

Eksperimentin sonunda məlum olub ki, aspirinin qəbulu ağır xərçəng xəstələrində ölüm faizi 15% azalıb.

Ən yaxşı effekt isə kolorektal və mədə-bağırsaq xərçəngində qeydə alınıb.

Bu xəstələrin 25%-i aspirin qəbul etdikdən sonra erkən ölümdən yan qaça bilib.

ABŞ Onkologiya İnstitutunun alimləri son 12 ili və 150 min insanı əhatə edən məlumatları analiz ediblər.

Gələcəkdə aspirinin xərçəngin profilaktikasında tətbiqi barədə düşünmək olar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.