Sağlamlıq

Orqanizminizi belə təmizləyin

15 Fevral 2020 16:02
0 Şərh     Baxış: 1 582
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xəstəliklərimizin ən böyük səbəbkarı orqanizmin çirklənməsidir. Gün ərzində qəbul etdiyimiz qidalar vasitəsilə bədənimizə yüzlərlə bakteriyalar daxil olur.

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, orqanizmin infeksiyalardan təmizlənməsi sağlam həyat və uzun ömür deməkdir. Təmizlənməyə isə ilk olaraq qandan başlamaq lazımdır.

Qanı təmizləmək üçün aşağıdakı məlhəmi hazırlamaq lazımdır:

• Payızda zəncirotunun kökünü yığıb qurudun. 2 xörək qaşığı zəncirotu kökündən 1 stəkan qaynar suya töküb, vam odda 10 dəqiqə qaynadın. Kənara qoyub, 40 dəqiqə saxlayın. Gündə 3 dəfə yeməkdən 15 dəqiqə əvvəl bu qarışıqdan yarım stəkan qəbul etmək qandakı çirki təmizləyəcək. Müalicə 1 həftə davam etdirilməlidir.

• Fincana süd və tünd dəmlənmiş çay tökün. Üzərinə 2 çay qaşığı şəkər tozu və ya bal əlavə edib, gündə 4 dəfə için. Müalicəni 1 həftədən artıq təkrarlamaq olmaz.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.