Sağlamlıq

Əridilmiş kərə yağının SAĞLAMLIĞA faydaları - ürək xəstəliklərindən xərçəngə qədər

10 Yanvar 2020 22:47
1 Şərh     Baxış: 5 674
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Əridilmiş kərə yağı həm faydalı, həm də müalicəvi məhsuldur.

Lipids in Health and Disease nəşrində dərc olunmuş araşdırma göstərib ki, əridilmiş kərə yağı ürək-damar sistemi xəstəliklərinin riskini azaldır və həmçinin bağırsaqın fəaliyyətini yaxşılaşdırır, bağırsağın immunitetini yüksəldir.  

Milli.Az saglamolun.az-a istinadən bildirir ki, əridilmiş kərə yağının tərkibində olan butan turşusu insulini sağlam səviyyədə saxlamağa yardım edir və öd kisəsinin fəaliyyətini yaxşılaşdırır.

Alimlər aşkar ediblər ki, əridilmiş kərə yağı immun sisteminə də çox müsbət təsir göstərir, onun fəaliyyətini aktivləşdirir.

Son elmi araşdırmlar sübut edib ki, xərçəngin əsas səbəbi iltihabdır. Əridilmiş kərə yağı orqanizmin toxumalarını möhkəmləndirmək və iltihabı azaltmaq xüsusiyyətlərə malikdir.

Yeri gəlmişkən Hindistanda əridilmiş kərə yağı ("qxi") əsrlər boyu həm qida, həm də müalicəvi vasitə kimi çox geniş istifadə olunur. Ayurveda qxi yağı ilə öskürəkdən tutmuş sonsuzluq və kişilərdə cinsi zəifliyinə qədər onlarla xəstəlikləri müalicə edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.