Sağlamlıq

Bu hörümçəklərdən tibdə istifadə olunacaq - FOTO

15 Mart 2020 22:16
0 Şərh     Baxış: 1 277
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin Hacettepe universitetində, Qaradəniz bölgəsinə məxsus hörümçəyin qoza ipəyini istifadə edərək zərər görmüş dəri, əzələ və sümük toxumalarının sürətli müalicəsini təmin edən tibbi məhsullar əldə edilib.

Milli.Az medicina.az-a istinadən bildirir ki, fizik və bioloqlardan ibarət komanda, hörümçək ipəyini istifadə edərək yara bandı, cərrahi iplər, gel və mikro toz forumunda bioloji toxuma bərpası məhsulları hazırlayıblar. Hazırlanan bu məhsullar patentləşdirilib.

Toxumanın yaxşılaşması müddətini azaldan, insan toxumasına ən yaxın özəllikləri olan bu bioloji məhsullardan əməliyyatda istifadə olunandan sonra onları sökməyə ehtiyac qalmır.

Hazırlanan digər məhsullar da yüksək keyfiyyət, üstün bioloji uyğunluğu, müxtəlif bakteria və göbələklərə qarşı güclü biyoaktiv tərkibə malikdir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.