Sağlamlıq

Qrip olarkən bunları yeməyin

15 Dekabr 2019 21:05
1 Şərh     Baxış: 1 621
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Havaların soyuması ilə yanaşı xəstəliklər də qaçınılmaz olur. Hava yolu ilə bulaşan qrip zamanı elə qidalar var ki, onları qəbul etmək sağalmağımızı ləngidir.

Milli.Az xəbər verir ki, qrip olan zaman həkimlər antihistamin əleyhinə dərmanlar məsləhət görürlər. Çünki bizi qripə və allergiyaya yoluxduran histamin maddəsidir. Bəzi qidaların tərkibində təbii histamin maddəsi olduğuna görə onları qrip zamanı yemək məsləhət görülmür.

Belə ki, histaminlə zəngin olan qidalardan biri də mayalı qidalardır. Mayalı qidalara turşu-marinad, pendir, sirkə, qatıq, ayran daxildir. Lakin bunları yeməyi tamamən kəsmək yerinə azaltmaq daha xeyirlidir. Histaminlə zəngin olan digər qida şokaladdır.

Qrip olan zaman şokalad yemək qəti məsləhət görülmür. Digər tərəfdən şokaladın tərkibində rafinad olduğuna görə immun sisteminin güclənməsinə mane olur.

İnək südü də histaminlə zəngin qidaların siyahısına daxil olduğu üçün qrip zamanı keçi südü içmək məsləhət görülür. Qrip zamanı yaşıl çay da bir o qədər məsləhətli deyil.

Adaçayı soyuqdəymə üçün ən təsirli vasitələrdən hesab olunur. (ölkə.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.