Sağlamlıq

Qaraciyər və öd kisəsini sağlam edən faydalı ZİRİNC DƏMLƏMƏSİ

4 Dekabr 2019 23:58
0 Şərh     Baxış: 4 077
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Zirincin digər adı "şimal limonu"dur. Zirincin kimyəvi tərkibi həqiqətən limona bənzəyir.

Zirinc faydalı orqanik turşular və vitaminlərlə zəngindir. Bu giləmeyvə ürəkbulanması zamanı yaxşı kömək edir, sidik yollarını təmizləyir, soyuqdəymə zamanı sağalmanı tezləşdirir, qadınlarda güclü menstruasiya qanaxmalarını və doğuşdan sonra qanaxmaları azaldır.

Zirinc qaraciyər və öd kisəsi üçün də çox faydalı sayılır.

Zirincin tərkibində olan "berberin" maddəsi güclü iltihabəleyhinə təsirə malik olduğundan qaraciyər və öd kisəsində iltihabları azaldır, ödün ifrazını yaxşılaşdırır.

Milli.Az saglamolun.az-a istinadən xalq təbabətində geniş istifadə olunan qaraciyər və ödün sağlamlığı üçün faydalı zirinc dəmləməsinin reseptini təqdim edir.

1 x.q. zirinci 1 stəkan isti suda yarım saat ərzində dəmləyin, sonra gündə 3 dəfə stəkanın 1/3 hissəsi olmaqla qəbul edin. Dəmləməyə bal əlavə edə bilərsiniz.  

Bu dəmləmə həmçinin soyuqdəymə zamanı çox yaxşı kömək edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.