Sağlamlıq

Ən təhlükəsiz bitki yağları məlum oldu

24 Fevral 2020 04:30
0 Şərh     Baxış: 2 520
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bəzi bitki yağlarının tərkibinə "pis" xolesterini artıra bilən və ürək-damar xəstəlikləri və diabet ilə nəticələnə bilən transyağlar daxildir.

Milli.Az bildirir ki, "Health.News" nəşrinin məlumatına əsasən, həkimlər oksidləşməyə ən davamlı və buna görə də ən təhlükəsiz məhsulları seçiblər.

Liderlər sırasında kokos yağının da adı çəkilir. Həkimlərin dediyinə görə, bu yağın keyfiyyəti hətta səkkiz saat fasiləsiz qızdırmadan sonra da saxlanılır. Məhsulun oksidləşməyə davamlılığı onunla izah olunur ki, o, 90%-dən çox doymuş yağdan ibarətdir. Mütəxəssislər zeytun və avokado yağlarını da ən təhlükəsizlərin siyahısına salıblar.

"Zeytun yağı kimi, avokado yağı da böyük miqdarda monodoymamış yağları ehtiva edir. O, olein turşusu ilə zəngindir ki, bu da bədəndə iltihabı azalda bilər. Bu yağ, həmçinin ürək üçün faydalıdır. Heyvanlar üzərində aparılan tədqiqatlar göstərir ki, avokado yağı ilə zəngin pəhriz qan təzyiqini azalda bilər", - deyə nəşr yazır.

Günəbaxan yağına gəldikdə isə, həkimlər onu həddində istifadə etməyi məsləhət görürlər. Tərkibində çox sayda omeqa-6 olduğundan, məhsul iltihablara səbəb ola bilər. O, həmçinin daha sürətlə oksidləşir, ona görə də qida məhsullarını bu yağda aşağı temperaturda qızartmaq lazımdır. (ölkə.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.