Sağlamlıq

Qayğıkeş həkimin xəstəsi tez sağalır - Xüsusi eksperiment

20 Noyabr 2019 23:33
1 Şərh     Baxış: 1 531
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Amerikanın Cooper Universitetinin bir qrup alimi həkim və pasiyentlərin münasibətlərinə aid araşdırmalarının nəticələrini təqdim edib.

Milli.Az medicina.az-a istinadən xəbər verir ki, alimlər bildirib ki, tibb işçisi və həkimin davranışı, xəstəyə münasibəti, insani keyfiyyətləri birbaşa müalicəyə təsir edir. Sübut olunub ki, xəstəsinə qayğı, xüsusi diqqət və mərhəmətlə yanaşan həkimlərin pasiyenti müalicəyə inanır, həkimin məsuliyyətli olduğunu görüb rahat olur. 

Xüsusən cərrahi əməliyyatdan öncə və günü həkim və tibb bacılarının pasiyentə sakitləşdirici münasibəti, xoş əhval ruhiyyə yaratması sedativ effekt verir, narkoz və əməliyyatın uğurlu alınmasına təsir göstərir.

Müalicə edən həkimin xəstənin halına yanması, onu başa düşməsi və bəzi psixoloji məqamlarda dəstəyi nəinki xəstəyə, elə tibb personalının özünə də müsbət təsir edir. Onlar pasiyent tərəfindən az aqressiya ilə üzləşir, işdə çətinlikləri olmur,xəstələr tez sağalır, bütün işləri rahat gedir. 

Professor Massarelli pasiyentin özünü rahat hiss etməsi üçün müalicə həkiminə bəzi qaydaları təqdim edir:

-Tibb işçisi pasiyentlə söhbət zamanı ayaq üstə durmamalıdır, əyləşməlidir, tələsməməlidir
-Həkim pasiyentlə göz kontaktı qurmalıdır, baxışlarını qaçırmamalıdır
-O, təkcə tibbi baxımdan yox, emosional və psixoloji sağlamlıq barədə düşünməli, xəstəyə minimum psixoloji stress yaşatmalıdır

Xəstə danışarkən, dərdini bölüşərkən onun sözünü kəsmək və özünü məşğul, tələsən göstərmək həkimlik etikasına yaraşmır və belə həkimlərin xəstələri gec sağalır.

Xəstəni cəmi 3 dəqiqə dinləmək kifayətdir ki, o sakitləşsin. Statistika isə göstərir ki, həkimlər xəstənin sözünü hər 12 saniyədən bir kəsir. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.