Kəllə-paçanın inanılmaz faydaları - Məşhur professordan AÇIQLAMA
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Türkiyəli daxili xəstəliklər və kardiologiya mütəxəssisi sağlam qidalanma ilə bağlı tövsiyələr verən Canan Karatay, xaşın tərkibinin kollagenlə zəngin olduğunu deyib.Onun sözlərinə görə, kəllə-paça yeyən insanların botoksa ehtiyacı yoxdur.
Milli.Az medicina.az-a istinadən bildirir ki, sağlam qidalanma ilə bağlı məsləhətlər verən professor yağlı quzu ətinin istənilən miqdarda yeyilə biləcəyini deyib. Onun sözlərinə görə, kəllə-paça insan sağlamlığı üçün olduqca faydalıdır:
"Çoxlu xaş yeyin, çünki o, ən dəyərli qidadır. Xaş xolesterini yüksəltdiyi üçün illərlə yeyilməməsi məsləhət görüldü. Amma gördüyünüz kimi xəstəliklər yenə də var və artır. Xaşın tərkibi vücudun ehtiyacı olan təbii proteinlə zəngindir, həm də təbii kollagendir. Qadınlar gedib botoks etdirirlər. Kəllə-paça yeyən insanların botoksa ihtiyacı qalmır".
Nəzərinizə çatdırırıq ki, kollagen - insan orqanizminin fəaliyyəti üçün çox mühüm rol oynayır. Sümüklərin, qığırdaqların, əzələlərin, vətər və bağların tərkibinə kollagen daxildir. Məhz kollagen onların möhkəmliyi və fasiləsiz işinə cavabdeh sayılır. Başqa sözlə desək, kollagen - bütün orqanlar üçün birləşdirici toxuma rolunu oynayan, xüsusi yağlaşdırıcı zülaldır.
Kollagen həmçinin dərimizdə də çox miqdarda olub, onun möhləmliyi və elastikliyini təmin edir. Lakin yaşlandıqca kollagenin istehsal prosesi zəifləyir və ilk olaraq dərinin vəziyyəti ilə özünü göstərir. Kollagen çatışmazlığı dəri qocalmasıın əsas səbəbidir. Dəri möhkəmlik və elastikliyini itiri, üst qatı nazikləşir, quruluq əmələ gəlir və nəticədə ilk qırışlar yerini tutur.
O, həmçinin qidalanma ilə əlaqədar buraxılan səhvlərin ciddi xəstəliklərə yol açdığını söyləyib:
"Təbii qırmızı ət və yumurta da xolesterolu yüksəltmir, qaraciyər yağlanmasına səbəb olmur və kökəltmir. Qaraciyərin yağlanması müxtəlif xəstəliklərin yaranmasına səbəb olur. BUnlara alzheimer, diabet və ürək xəstəlikləri, xərçəng kimi xəstəliklər, hətta uşaqlarda görülən autizm də aid edilə bilər".
Karatay bildirib ki, zəif insanların da qaraciyəri yağlanır.
"Zəif olmaq sağlam olmaq deyil. Yalnız damarlardakı yağlar əridikcə şəkər xəstəliyi yaxşılaşır, infarkt riski azalaır, döş xərçəngi sağalır. Həmçinin, prostat xərçənginin qarşısı alınır".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
"Ebola" sürətlə yayılır, ölənlərin sayı 131-ə çatdı
-
Günorta yuxusunun faydaları: Qısa istirahət sağlamlığa necə təsir edir?
-
Yorğun oyanırsınız? - Səhərlər 20 dəqiqə bunu edin
-
Bu yaşlarda bədəndə ciddi dəyişikliklər başlayır - Alimlər açıqladı
-
Bazarda satılan bu məhsullar ağır xəstəliyə səbəb ola bilər
-
Koronavirusun yeni ştammı AŞKARLANDI
XƏBƏR LENTİ
-
Qəhvənin toxunma qavrayışını dəyişdirə bildiyi məlum oldu
-
Hazır cavab dövrü: Süni intellekt asılılığı insan zəkasını gerilədir?
-
Tikə kabab marinadının 4 qızıl qaydası
-
Minillik ağacın gövdəsindən ev düzəltdilər
-
"Tesla"nın gizli mənası məlum oldu: İllərdir "T" hərfi hesab edirdik
-
Süni intellekt gələcəyin "qızıl" peşələrini seçdi: Ən çox qazandıracaq sahələr
-
Ağ Evin damına dronlar yerləşdiriləcək
-
“Niyə orada ölmədilər, Ermənistanda peyda oldular?”
-
“Yorğanımız heç vaxt ayrılmasın” - Ərini belə təbrik etdi
-
Bakı-Tbilisi-Bakı qatarının FOTOları
-
Günün qoroskopu: İmpulsiv alış-verişlərdən uzaq durmalısınız
-
Pley-off mərhələsindən uzaqlaşdılar, 4 xalları silindi
-
Vens: İranla danışıqlarda irəliləyiş var
-
"Mançester Siti"də böyük təmizlik
-
26 mərtəbəli binanı 5 günə inşa etdilər
-
"Artıq üçüncü həftədir, güclə nəfəs alıram”
-
Moskva-İrkutsk reysində gərgin anlar - məcburi eniş edildi
-
Qurban Qurbanov: "Ən döyüşkən, ən mübariz, ən cəsarətli komanda biz olacağıq"
-
Azərbaycanda dəhşətli qətl baş verdi
-
Xabi Alonso "Real Madrid"in ulduzunun transferini istəyib
-
“Piano Musiqisi Axşamı” adlı konsert proqramı təqdim olundu - FOTO
-
“Yerində olsaydım, onu stadionun yaxınlığına belə buraxmazdım”
-
Bakı-Tbilisi-Bakı qatarının qrafiki açıqlandı
-
Mourinyo gələr-gəlməz onu komandadan göndərir - FOTO





