Hər gün gəncləşən "yorğunluq sindromu" yayılmaqdadır
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Dinamik həyat tərzi, stress, ailə-məişət qayğıları insanlarda narahatlıq duyğusunu artırmaqdadır.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, aparılan araşdırmalar zamanı məlum olub ki, işdə daimi narahatlıq, sosial şəbəkələrdə aqressivlik, tez-tez səslənən "bağışla, amma vaxtım yoxdur" kimi bəhanələr gənc işçilər arasında sürətlə yayılır. Əvvəllər bu hala həkimlər "Burnout halı" deyirdilər. Bu ilin may ayında Dünya Səhiyyə Təşkilatının "Burnout halı"nı tibbi vəziyyətdən sindroma dəyişdirməsi, sadəcə, bunun nə qədər ciddi olduğunu sübut etdi. Bu, xəstəlik sayılmasa da, sindrom kimi ciddi nəticələrə səbəb ola bilər.
Bu sindrom barədə psixoloq Milda Pivoryute öz "araşdırmasında yazır: "Bəziləri depressiyadan daha prestijli və cəlbedici olan statusun simvolu kimi yorğunluqdan danışmağa başlayırlar. Depressiyanın guya bir uğursuzluq və tükənmənin qaliblər üçün bir mükafat olduğu hesab olunur. Nə qədər yorğun və məşğulsansa, sosial statusunuz bir o qədər yüksəkdir."
Psixoloq öz şəxsi təcrübələrini də qeydə alıb. Yazıb ki, öz həyat tərzi və işinin çoxluğu səbəbindən 27 yaşında yuxusuzluq və iştahasızlıqdan ciddi əziyyət çəkərək, anoreksiya kimi ağır xəstəliyə düçar olub: "Biz hazırda əməksevərliyin yüksək qiymətləndirildiyi cəmiyyətdə yaşayırıq. Bu zəhmət professional uğur və status gətirir. Lakin əvəzində yorğunluq, tələskənlik, vaxt çatışmazlığı yaranır. İnsanlar tədricən ailə və şəxsi münasibətlərini karyeraya qurban verməkdə problem görmürlər və bunlar gələcəkdə ailə münasibətlərinə təsir edir. İnsanlar daha övlad sahibi olmaq istəmədiyindən inkişaf etmiş və etməkdə olan ölkələrdə əhalinin sayı azalır".
Hazırda ölkə rəhbərlikləri, psixoloqlar, sosioloqlar həyəcan təbili çalır. İnsanlara daha çox dincəlmək, təbiətlə baş-başa qalmaq, ailə və sevdiklərinə vaxt ayırmaq tövsiyə olunur. Sağlam həyat tərzi dəbə çevrilsin deyə, müxtəlif proqramlar tətbiq edilir.
Son hesablamara əsasən, Avropada 730 milyon insan yaşayır. Əhali artımı dünyanın digər qitələrinə nisbətən yavaş və orta yaş nisbətən yüksəkdir. Doğuş nisbətinin aşağı olduğu ölkələr arasında Çin, ABŞ, Braziliya, Rusiya, Yaponiya, Vyetnam, İran, Tayland və Birləşmiş Krallıq da var. Avropada isə ən acınacaqlı durum İtaliya, İspaniya, Polşa və Almaniyadadır. Bu ölkələr də azalan əhali sayını miqrantlar hesabına əvəz etməyə çalışırlar. Mütəxəssislər qaçqın və miqrant axınının xüsusən, Avropada məhsuldarlığın azalmasını kompensasiya etdiyini, ancaq əhalinin ümumi azalmasına mane olmadığını söyləyirlər.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Həccə gedəcək zəvvarlardan sağlamlıqla bağlı əlavə tələblər olacaq - (Video)
-
"Ukrayna dairəsi"ndə iki avtomobil toqquşdu - (Foto)
-
Şebnem Bozoklu 1 ilə 20 kiloqram arıqladı - (Foto)
-
Qara dənizdə vurulan gəmidə ölən Məhəmmədin (Fotosu)
-
Pezeşkian: Hazırkı şəraitdə ABŞ-la danışıqların mənası yoxdur
-
Arvadını bıçaqlayıb könüllü polisə təslim oldu - (Video)
-
Türkiyədə iki hakim həbs edildi
-
Qeysəriyyə əməliyyatı olunan 31 yaşlı qadın öldü
-
“Yaprak Dökümü”nün “Cem”inin son halı - (Foto)
-
Tovuzda ata oğlunu bıçaqlamaqda şübhəli bilinir
-
Eltəkin Ömərova yüksək vəzifə verildi
-
Prezident İlham Əliyevin dünya çempionu Əhməd Yusifovla səmimi söhbəti - (Foto)
-
Prezident İlham Əliyevin sosial media hesablarında cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirakına dair videoçarx paylaşılıb - (Video)
-
Ceyhun Bayramov və Marko Rubio Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə ediblər
-
Alim Qasımovdan Pünhana cavab: "Onu aldadıblar, durub danışıb"
-
İsa Həbibəyli iki xanıma yüksək vəzifə verdi - (Foto)
-
Zəngəzurda saxlanılan azərbaycanlı hərbçi İrəvana aparıldı
-
Azad edilən torpaqlarda çalışan müəllimlərlə görüş keçirilib - (Foto)
-
"Güləndə vicdan əzabı çəkirdim ki, utanmıram, niyə gülürəm?" - İlhamə Qasımova
-
Arda qiyməti 100 milyon avronu keçən ilk türk futbolçu oldu
-
Şəhidimizin adını daşıyan gəmi dronla vuruldu: Həlak olanlar Azərbaycan vətəndaşlarıdır - Təfərrüat - (Foto/Video)
-
"Belə kişidən boşanmaq lazımdır" - Nigar Mahmudova
-
Haqsızlıq görəndə susmurlar: Ədalət duyğusu ən güclü olan 3 bürc
-
Prezident İlham Əliyevin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb - (Video)





