Dərmanı su ilə için - Yoxsa...
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Kanadalı alimlərin apardığı araşdırmaya görə, bir çox dərmanların meyvə şirələri ilə (portağal, qreypfrut, alma və s.) qəbul edilməsi onların təsirini azaldır, bəzi hallarda isə bu, müəyyən təhlükələr doğura bilər. Belə ki, tədqiqatın nəticələrinə görə, bəzi dərmanların qreypfrut, alma və ya portağal şirəsi ilə içilməsi insanın zəhərlənməsinə gətirib çıxarır.
Milli.Az medicina.az-a istinadən bildirir ki, Kanadalı tədqiqatçıların həyata keçirdikləri təcrübənin nəticələri "Amerika Kimya Dərnəyi"nin Filadelfiyada keçirilmiş konfransında elmi ictimaiyyətin diqqətinə təqdim olundu. Tədqiqat işində meyvə şirələri ilə qəbul edilən xərçəng əleyhinə preparatların, ürək-damar, təzyiq dərmanlarının və bəzi antibiotiklərin təsirinin ciddi şəkildə azaldığı vurğulandı.
Kanadanın Qərbi Ontario Universitetindən David Bailey və həmkarları əvvəlcə meyvə sularının təsirini allergiyaya qarşı dərmanlardan istifadə edən sağlam qrup üzərində araşdırıblar. İştirakçıların bəziləri həmin dərmanlardan birini su ilə, digərləri isə qreypfrut şirəsi ilə qəbul ediblər. Şirə ilə içilən dərman orqanizmə qismən, su ilə qəbul edilən dərman isə tam təsir göstərib.
Aparılan kliniki təcrübələr göstərdi ki, qreypfrutun tərkibində olan bir maddə bir sıra dərmanların bədənə sorulmasını təmin edən CYP3A4 fermentinin təsirini azaldır, hətta bəzən preparatın zəhərli təsir göstərməsinə gətirib çıxarır.
Araşdırmalarının nəticələrini açıqlayan alimlər bildirdilər ki, xərçəng, ürək-damar xəstəlikləri, infeksion xəstəliklər zamanı istifadə olunan, həmçinin orqan köçürülməsi əməliyyatlarından sonra bədənin yeni orqanı rədd etməməsi üçün qəbul edilən dərmanlar meyvə şirələri ilə içilməməlidir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Ofisdə "qocalma" qorxusu - Çətirlə işləməyə başladılar
-
Gələcək analara xəbərdarlıq - Hamiləlikdə bunu etmək risklidir
-
"İki nəfər üçün yeməlisən" deyirlər, amma… - Hamiləliklə bağlı məşhur yanlış
-
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
-
Hündürdaban ayaqqabının bu təhlükəsini heç kim bilmir - Xəbərdarlıq
-
Aldığımız ətin mənşəyini necə öyrənə bilərik? - (Video)
XƏBƏR LENTİ
-
Türkiyədə kişi şalvar geyinən arvadını öldürdü
-
“Uzak şehir”in ulduzu Şövkət Ələkbərovanı dinlədi - (Video)
-
Bakıda qadın turisti oteldə qarət etdi
-
Aygünü küçədə 17 bıçaq zərbəsi ilə öldürən ərinə ağır cəza
-
Aygün Kazımova toyda sinif yoldaşı ilə qarşılaşdı - (Video)
-
Şahməddin Abdullayevə vəzifə verildi
-
Sumqayıtda ərini bıçaqlamaqda şübhəli bilinən qadın tibb müəssisəsinə yerləşdirilib - Yenilənib
-
Göygölə dolu düşüb
-
Bilgəhdə iki nəfər dənizdə batıb
-
Yeni "iPhone" satışa çıxdı: "Apple" əməkdaşları etirazlara başladılar
-
Prezident İlham Əliyevin sosial media hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - (Foto)
-
Rusiya hələ də Türkiyədən cavab gözləyir
-
Coli boşandıqdan sonra ilk dəfə yeni eşqə "yelkən açır"
-
Polis əməliyyatlar keçirdi: 73 nəfər tutulub
-
Heydər Əliyev Beynəlxalq Aeroportu Formula 1 ərəfəsində gücləndirilmiş rejimdə işləyəcək
-
Əhalinin nəzərinə: Gecikənlər əlavə pul ödəyəcək
-
Terim Osimhen, İkardi və Leao görün nə düşünür
-
Tanınmış rus aktrisa 46 yaşında öldü
-
Maykl Ceksonun anasına hədiyyəsi satışa çıxarıldı - (Foto)
-
35 yaşlı qadın avtobusa "ərə getdi" - (Foto)
-
Bakıda binada güclü yanğın söndürüldü - Yenilənib - Foto
-
DGK rəisi Fərid Usubovun yerinə onu təyin etdi
-
Bakıda şirkətə 16 min dollar cərimə yazıldı
-
Türküstanda pişik maşını beton hasara çırpdı - (Video)





