Sağlamlıq

Küncüt yağının insan orqanizminə FAYDALARI

22 Fevral 2019 21:51
0 Şərh     Baxış: 10 727
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Küncüt toxumlarından əldə edilən yağın insan orqanizminə faydası çoxdur.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, küncüt yağından müəyyən qidaların hazırlanmasında, müalicə məqsədi ilə və bir sıra maska və kremlərin hazırlanmasında isifadə edilir.

Tərkibi:

Küncütün tərkibində çoxlu miqdarda doymuş və yarıdoymuş yağ turşusu var. Küncüt yağı yüksək tempratura qarşı dözümlüdür və digər bitki yağlarına nisbətən daha çox saxlama müddəti var. Bəzən küncüt yağını digər yağları stabilləşdirmək üçün də istifadə edirlər.

Küncüt yağının tərkibində sağlamlıq üçün çox faydalı olan tokoferol izomeri və E vitamini var.

Zülallarla zəngindir. Orqanizm tərəfindən asanlıqla qəbul edilir. Pəhriz yeməkləri üçün uyğundur.

Faydaları:

1. Yağın tərkibindəki tokoferol maddəsi cinsiyyət vəzləri üçün faydalıdır. Maraqlıdır ki, tokoferol sözünün tərcüməsi "uşaq verən", "uşaq bəxş edən" deməkdir.

2. Laktasiyanı sürətləndirir.

3. Hormonal fonu normallaşdırır. Klimaks simptomunu azaltmaq üçün effektivdir.

4. Küncüt yağı kişi sağlamlığı üçün xüsusilə faydalıdır. Sperma ifrzını artırır, ereksiyanı yaxşılaşdırır.

5. Dəri üçün də faydalıdır. Yaraları daha tez sağaldır, dərinin regenerasiyasını sürətləndirir. Çapıqların qarşısını alır.

6. Dərini ultra bənövşəyi şüalardan qoruyur.

7. Küncüt yağı ürək-damar sistemi üçün də faydalıdır. Qan təzyiqini aşağı salır, damarların tromblaşmasının qarşısını alır.

8. Sinir sisteminin funksiyaları üçün faydalıdır.

9. Müntəzəm olaraq küncüt yağı qəbul etmək kollagen ifrazını sürətləndirir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.