Qızdırma zamanı edilən səhvlər - Uşaqlara dərman verməyin, spirtlə, sirkəylə masaj qəti olmaz!
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Uşağın xəstələnəcəyini əvvəlcədən bilmək mümkün deyil. Tamamilə sağlam uşaq 2 dəqiqə sonra qızdırmadan od tutub yana bilər. Belə olduqda necə davranmaq lazımdır? Uşağın qızdırmasını endirmək lazımdır, yaxsa gözləmək?
Milli.Az medicina.az-a istinadən bildirir ki, qızdırma infeksion xəstəliyin qarşısını almaq məqsədilə lazım olan maddələrin sintezinin artırmaq üçün beyində yaranan siqnaldır. Virusların ən başlıca düşməni olan interferon zülalının səviyyəsi birbaşa olaraq bədənin temperaturundan asılıdır. Başqa sözlə, orqanizmin temperaturu nə qədər yüksək olarsa, sözügedən təbii dərman maddəsi daha çox sintez olunur.
Temperaturu necə aşağı salmaq olar?
Biz uşağın temperaturu artan kimi onu dərhal aşağı salmağa çalışırıq. Amma bu, düzgün deyil. Belə olduqda orqanizm özü xəstəliyə qalıb gələ bilmir.
Bilmək vacibdir: qızdırma salan dərmanlar uşağın temperaturu olanda yox, onun ümumi vəziyyəti pis olduqda verilməlidir!
Qızdırmanı nə vaxt salmaq lazımdır?
Bəzi uşaqlar 39°-də özlərini yaxşı hiss edir, bəziləri isə 37,5°-də yataqdan qalxa bilmirlər. Burdan belə bir nəticəyə gəlmək olar ki, hər uşağın özünün səddi var və onu keçərək risk etmək lazım deyil. Əgər temperatur 39,5°-ə qədər artıbsa o zaman fəaliyyətə keçmək lazımdır.
Temperatur 40,0°-yə yaxınlaşdıqda aşağıdakılar hallar baş verir: metabolizm və oksigen istifadəsi sürətlənir, bədən maye itirməyə başlayır, ürək və ağciyərlər üçün əlavə gərginlik yaranır.
Əsas olaraq qıcolma sindromunu nəzarətdə saxlamaq tələb olunur. Əgər temperatur fonunda febril qıcolmalar başlayıbsa, o zaman uşağa qızdırma salan dərman vermək lazımdır. Bu vəziyyət 3 aylığa qədər olan uşaqlara aid edilir.
Uşağın temperaturu artan zaman onun bədəninin maksimum olaraq istilik itirməsini təmin etmək lazımdır. Bunu isə yalnız 2 yolla etmək mümkündür: tər və nəfəs vasitəsilə.
Uşaq yatan otaqda sərin hava (17-20 °С) olmalıdır. Amma bununla belə uşağı isti geyindirməlisiniz. Üstünə ədyal örtün. Çoxlu maye (hər kq-a 50-100 ml) içirin.
Qızdırmanı salmaq üçün uşağa yaxşı olardı ki, sirop içirəsiniz və ya rektal şam qoyasınız. Sirop 15-20 dəqiqəyə öz təsirini göstərir. Amma onun tərkibinə ətirləndirici, rəngləyici kimi bir sıra kimyəvi maddələr daxildir. Rektal şamlar isə 40-50 dəqiqə sonra təsir edir və effektini uzun müddət saxlayır. Əgər uşaqda ürəkbulanma və qusma varsa o zaman bu şamlardan istifadə etmək məsləhətdir. Şamlar defikasiya aktından sonra qoyulmalıdır.
Qızdırması olan uşağa qətiyyən spirt və sirkə ilə kompres etməyin. Çünki körpənin həsas dərisi bu maddələri özünə çəkə və zəhərlənmə verə bilər.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
"Mançester Yunayted" Maykl Kerriklə bağlı qərar verdi
-
"Bəlkə hamilədir, çünki ana olmaq yaşı keçir"
-
Bu müəllimlərin maaşı artırıldı – RƏSMİ
-
Dünya mediası Ciorcia Meloninin İlham Əliyevlə Bakıda apardığı danışıqları geniş işıqlandırıb - FOTO
-
Aeroport yolunda ağır qəza - ölən var
-
Azərbaycanda məşhur şadlıq evləri saxta kürü satır - Siyahı - FOTO
-
Daha üç rayonda bir neçə kənd QAZSIZ QALACAQ - YENİLƏNİB
-
“Neftçi” darmadağınla qələbə qazandı
-
Asfalt yolu və marşrut xətti olmayan qəsəbə sakinləri çarəsiz qalıb
-
İcra başçısının köməkçisi öldü - FOTO
-
Beynəlxalq Xalça Festivalı uğurla başa çatdı - FOTO
-
Məşhur bazara giriş 50 qəpikdən 5 manata QALDIRILIR?
-
Filarmoniyanın aprel ayında keçirilmiş abonement konsertləri - FOTO
-
Qərar verilib, amma icra yoxdur: Əlilliyi olan qadın 17 ildir mənzil gözləyir
-
"Kurtlar Vadisi"nin aktyoru VİDEOsu ilə gündəm oldu
-
Sürücülərin DİQQƏTİNƏ: Bu yol ÇÖKDÜ
-
Nikahda YENİLİK: Yüzlərlə qadın belə etdi
-
Qurban Qurbanov ilk maaşından DANIŞDI: "70 manat almışdım..."
-
Britni Spirslə bağlı QƏRAR: Bu cəza verildi
-
Axtarışda olan iş adamı timsahın mədəsində tapıldı - VİDEO
-
Pula pul demir, anası "Qocalar evi"ndə yaşayır - VİDEO
-
Paytaxtda məktəbdə 7 şagird qoğaldan ZƏHƏRLƏNDİ - FOTO
-
Aeroport yolunda ağır QƏZA - Ölən var
-
Tolik küsülü 2 müğənnini BARIŞDIRDI - VİDEO





