Anspress "Aysel" jurnalına istinadən yazır ki, pomidorla arıqlamaq mümkündür. Pomidor salatda, şorbada və sadəcə tərəvəz kimi çox ləzzətlidir. Onu pörtlətmək, qızartmaq, turşuya qoymaq olar, həmçinin onun vasitəsilə artıq kiloqramlardan can qurtarmaq olar. Pomidor pəhrizi ilin isti aylarında daha güclü təsirə malikdir. Bu pəhriz qışda da effektivdir, amma qış pomidoru yaydakına dad və vitamininə görə uduzur.
Ucuz və keyfiyyətli
Pomidor pəhrizi bütün pəhrizlər arasında ən ucuzu və əlverişlisidir. Pəhriz belədir. Sizə 1,5 kq miqdarında pomidor lazımdır, onu 4 hissəyə bölərək gün ərzində qəbul etməlisiniz. Bir günə bir kq itirəcəksiniz. Belə effektivliyinə görə pəhriz 2 gün üçün nəzərdə tutulub. Ən cəsarətli xanımlar 3 gün də pəhriz tuta bilərlər, amma bundan çoxuna icazə verilmir.
İkinci variant
Daha bir pomidor pəhrizi var ki, birinci ilə müqayisədə daha doyumlu və asan olsa da, elə də effektiv deyil. İki həftə ərzində 5 kq arıqlamaq olar.
Səhər yeməyi: Bir stəkan pomidor şirəsi, üzərinə yağsız kəsmik çəkilmiş iki dilim qara çörək, meyvə.
Nahar: Bir stəkan pomidor şirəsi, 100 q suda bişirilmiş düyü (yağsız), tərəvəz, alma, 100 q suda bişirilmiş balıq.
Şam yeməyi: Mal qiyməsindən kotlet, tərəvəz, 50 q suda bişirilmiş düyü, bir stəkan pomidor şirəsi.
Bu pomidor pəhrizini 2 həftədən çox saxlamaq olmaz. Yalnız fasilədən sonra yenidən pəhriz saxlamağa icazə verilir.
Pəhrizin faydası
Alimlər sübut ediblər ki, tərkibində pomidor çoxluq təşkil edən pizza, spagetti kimi yeməklər dərini günəş yanmasına və qırışlara qarşı davamlı edir. İlk növbədə pomidor damarları tutulmadan qoruyur və qanı durulaşdırır. Ona görə də pomidor damar xəstəliyindən əziyyət çəkən və tromb yaranmasına meylli olan hər kəsə məsləhət görülür. Pomidor şirəsi orqanizmi toksinlərdən təmizləyir, ümumi vəziyyəti yaxşılaşdırır və ağır xəstəliklərə tutulma riskini azaldır. Hətta demək olar ki, gündəlik pomidor qəbulu bəzi onkoloji xəstəliklərin profilaktikasıdır. Pomidor dərini ultrabənövşəyi şüalardan qoruyur. Orqanizminizi vitaminlərlə zənginləşdirmək istəyirsinizsə, pomidoru çiy halda yeyin. Əgər müalicəvi təsir görmək istəyirsinizsə, bu tərəvəzi suda və ya buğda bişirilmiş halda qəbul edin.
Kimə olar?
Əlbəttə ki, istənilən pəhrizdə olduğu kimi, pomidor pəhrizi də idmanla məşğul olan zaman daha gözəl nəticələr verəcək. Heç olmasa, gəzintiyə çox vaxt ayırın. Bu pəhrizdən ancaq sağlam insanlar yararlana bilərlər, yəni mədə-bağırsaq xəstəlikləri olanlar pomidor pəhrizindən ehtiyatla istifadə etməlidirlər.
Milli.Az
Sağlamlıq
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Pomidorla necə arıqlamaq olar?
11 Sentyabr 2011 14:38
2 Şərh
Baxış: 15 350

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Türkiyədə zəlzələ baş verdi
-
Lirə və avro bahalaşdı, dollar isə bu qiymətə satılır - RƏSMİ
-
Skuterin vurduğu aktrisa: "Gəldi evimə, üzr istədi"
-
Din xadimləri yaslarda "ehsan"ın qalmasında niyə maraqlıdır və dövlət müdaxilə etməlidirmi?
-
Məhərrəm ayı qabağı qızıl bazarında vəziyyət necədir? - VİDEO
-
Yayda şans bu bürclərin üzünə güləcək
-
Moruqla arıqlaya bilərsiniz
-
Paltaryuyan maşından gələn qoxunun qarşısını necə almaq olar?
-
“Yalı Çapkını”nın ulduzu brendlə 86 min manatlıq müqavilə imzaladı
-
Kondisioner alarkən bu nüanslara diqqət edin
-
Yer kürəsinin nüvəsindəki gözlənilməz kəşf alimlərin kainat anlayışını dəyişdirdi
-
Həyat və ölüm arasında üçüncü mərhələ də var?
-
Tramp: İran gözlədiyimizdən zəif reaksiya verdi
-
Nişan mərasimində DAVA - 3 nəfər SAXLANILDI - VİDEO
-
Həbib azərbaycanlı nazirlərlə bir arada - FOTO
-
Bakıdan uçan bir sıra reyslərin marşrutu dəyişdi
-
Günün qoroskopu: Emosiyalarla yox, məntiqlə hərəkət edin
-
Mədəniyyət Nazirliyi Anarın tənqidlərinə cavab verdi
-
Xamenei: İran özünə qarşı da təcavüzə yol verməyəcək
-
AZAL-ın Bakı-Dəmmam istiqaməti üzrə reysi geri dönüb
-
Tramp: İranın Bəhreyn və İraqdakı ABŞ bazalarına hücum edəcəyi gözlənilir
-
Bəzi ərazilərdə işıq olmayacaq
-
Axundun qaçırdığı 16 yaşlı qızın ailəsində faciə baş verib: Hadisənin detalları
-
"Ona "sevgilim" deyirdim" - FOTO