Uşaq əmizdirən analara pediatrdan FAYDALI MƏSLƏHƏTLƏR
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Doğuşdan sonra qadınları narahat edən əsas problem artıq çəkidir. Hamiləlik zamanı bədəndə yaranan artıq çəkini vermək o qədər də asan olmur. Bəs bu problemdən necə qurtulmaq olar?
Milli.Az xəbər verir ki, bununla bağlı ailem.az-a məlumat verən pediatr Günay Rəsulova bildirir ki, süd verən analar əvvəlki çəkilərinə dönmək üçün tələsməməlidirlər. Bu müddət 6-12 ay və daha çox çəkə bilər: "Əmizdirmə, əslində, kilo vermənin ən gözəl yoludur.
Əmizdirən qadın arıqlama pəhrizləri tətbiq etməməlidir. Sadəcə unlu, yağlı, şəkərli qidalardan uzaq durmalı, maye qəbulunu artırmalıdır".
Pediatr vurğulayır ki, xüsusilə əmizdirmə dövründə analar stressdən uzaq durmalı, yaxşı qidalanmalı və ana olmanın xoş sevincini yaşamağa çalışmalıdırlar: "Onlar daha çox kalsiumla zəngin süd, qatıq və pendirdən istifadə etməlidirlər. Həmçinin gündə 1 ədəd yumurta, 1-2 porsiya ətli, tərəvəzli yemək yeməlidirlər. Uşağın ilk 3 ayında yaranan köpü atlatdıqdan sonra quru lobya, noxud, mərcimək, bulqur, portağal, pomidor, yaşıl bibər (mövsümə uyğun), təzə soğan və başqa mövsümi, C vitaminilə zəngin meyvə və tərəvəzlər yeməlidirlər".
Qida rasionundan bunları çıxarın
G. Rəsulova məlumat verir ki, bu dövrdə anaların menyusunda kolbasa, sosiska, konserv və başqa qatqı maddəsi olan qidalar qətiyyən olmamalıdır: "D vitamini üçün bol günəşlənməyə çalışmalıdırlar. Yodlu duzdan, meyvə qurularından bol istifadə edərək yaxşı enerji, dəmir və kalsium kimi minerallarla təmin olunarlar. Çay içməməlidirlər, əvəzinə nanə, çobanyastığı, itburnu kimi bitki çayları içilə bilər. Hazır meyvə suları, qazlı və kolalı içkilər yerinə təzə sıxılmış meyvə suları, ayran içməlidirlər. Bunun üçün bəhməz yaxşı dəmir qaynağıdır. Həkimlə məsləhətləşmədən dərman istifadə etmək olmaz".
Həkim deyir ki, süd verən ananın qidalanması südün keyfiyyətinə də təsir edir. Ananın ifraz etdiyi süd yediyi qidaların məhsuludur. Bu səbəbdən ananın qida rasionu enerji, protein (zülal), yağ, dəmir, yod, kalsium, vitaminlər və maye qəbulu yönündən balanslı və sağlam olmalıdır: "Ananın gündəlik qəbul etdiyi qidanın verdiyi enerjinin 80 faizinin süd enerjisinə çevrildiyini unutmamaq lazımdır. Gündəlik 700-800 ml süd ifraz edən ana sadəcə əmizdirərək 500-600 kalori xərcləyir. Bu səbəbdən əmizdirmə dövründə analar qətiyyən arıqlama pəhrizi saxlamamalıdırlar. Bu hal süd gəlmənin azalmasına səbəb olacaq. Düzgün qidalanan ana boş kalori verən aşırı yağlı, karbohidratlı, şəkərli yeməsə, hamiləlikdə aldığı kiloları süd enerjisi vasitəsilə asanlıqla verəcək və əvvəlki kilosuna qayıdacaq".
Qara çay və kofe südü azaldır
Pediatr bildirir ki, süd verən ananın rasionu həmçinin proteinlə, heyvan və bitki mənşəli zülalla zəngin olmalıdır: "Əmizdirən qadının günlük pəhrizinə əlavə olaraq 1 ədəd yumurta, 30 qram pendir və ya 1-2 stəkan süd, yaxud qatıq (250-500 ml) daxil etdikdə gündəlik ehtiyaca keyfiyyətli protein əlavə etmiş olarıq. Qarışıq qidalanmada meyvə və tərəvəzin bol istifadə edilməsi də protein qəbuluna dəstək olur. Doymuş, doymamış yağlar, zeytun yağı, yağlı balıq əti rasionda bəlli miqdarda olmalıdır. Qırmızı ət və orqan ətləri gündə 2-3 porsiya istifadə edilməlidir. Bol meyvə-tərəvəz, B qrup vitaminlə zəngin taxıllar, günəş işığından D vitamini alınmalıdır. Həmçinin günlük 3-4 litr adi su, süd, ayran, az şəkərli kompot, təbii sıxılmış meyvə şirəsi, nanə və başqa bitki çayları içilə bilər. Qara çay və kofe süd gəlməni azaltdığı və qara çay dəmiri azaltdığı üçün məsləhət deyil. Bundan başqa, süd gətirən bitki çayları istifadə edilə bilər".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Sabah 10:00-da qaz kəsiləcək
-
“Allah belə qızın bəlasını versin, 3 aydır xəbərim yoxdur” - 14 yaşlı qızın anası - VİDEO
-
Bir zamanların sevilən aktyoru bu görüntüsü ilə sevənlərini üzdü - FOTO
-
Metamfetaminlə tutulan şəxsə hökm oxundu
-
Azərbaycanda çörək BAHALAŞDI? - RƏSMİ
-
133 oyunun nəticəsi ləğv edilə bilər
-
“Beynəlxalq Rəqs Günü”nə həsr olunmuş “Rəqsin sehrində” adlı konsert proqramı keçirilib - FOTO
-
İdman zalında edilən bu səhvlər sizə baha başa gələ BİLƏR
-
Görünüş məsafəsi kəskin azalacaq - XƏBƏRDARLIQ
-
Tatlısesin qızından diqqətçəkən CAVAB - FOTO
-
Azərbaycanda MTK-ların dövrü BİTİR? - Binalarda yeni SİSTEM
-
Göy üzündə möhtəşəm şou OLACAQ
-
Avropa institutlarına kənar təsir iddiaları: qərarvermə nə qədər şəffafdır? - ŞƏRH
-
Körpəsinə "Gucci"dən əmzik almaq üçün Dubaya GETDİ: 833 manata... - VİDEO
-
Lətif Kərimovun 120 illiyi qeyd ediləcək - SƏRƏNCAM
-
Yuriy Petroviç Kamayev “Şöhrət” ordeni ilə təltif edilib
-
Dünyanın ən sağlam meyvələri açıqlandı - SİYAHI
-
Efirdə yardım istədi, günlər sonra ÖLDÜRÜLDÜ - VİDEO
-
"Okamponun fırıldaqçı və qərəzli şəxs olduğu hər kəsə bəllidir"
-
Bu avtomobillər İçərişəhərə buraxılmayacaq - SABAHDAN
-
ABŞ Almaniyada planlarını dəyişir?
-
Trampdan Putinlə bağlı diqqətçəkən açıqlama
-
Xəstəxanadakı partlayışda ağır yaralanan həkimin FOTOsu
-
"Ərinə yaraşmırsan" dedilər, əməliyyatla üzünü DƏYİŞDİRDİ - VİDEO





