Sağlamlıq

Sidik ifrazı zamanı ağrı və yandırma hissi - SƏBƏBLƏR

12 Fevral 2018 23:21
10 Şərh     Baxış: 179 442
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sağlam insan sidik ifrazı zamanı və ondan sonra heç bir ağrı, sancı, yandırma və s. diskomfort hiss etməməlidir, sidik rahat axmalıdır (qırıq-qırıq yox!).

Bundan əlavə sidik ifrazının tezləşməsi, sidikdə qan izləri, irin, sidiyin rənginin dəyişilməsi, çox tünd olması, sidiyin qoxusunun dəyişilməsi (pis qoxu) də çox ciddi simptomlar sayılır.

Əgər sizdə sadaladığımız simptomlar əmələ gəlibsə, mütləq həkimə müraciət edin.

Milli.Az saglamolun.az-a istinadən sidik ifrazı zamanı ağrı və diskomfortun mümkün səbəblərini təqdim edir:

1. Sistit (sidik kisəsinin iltihabı). Ən yayılmış səbəbdir. Qadınlarada daha tez-tez təsadüf edilir. Digər simptomlar arasında - tezləşmiş sidik ifrazı, sidik kisəsinin tam boşalmaması hissi, ümumi zəiflik, bəzən hərarətin yüksəlməsi.

2. Cinsi yolla keçən infeksiyalar (xlamidioz, trixomoniaz, kandidoz və s.). Bu zaman həmçinin qadınlarda vaginadan, kişilərdə isə uretradan qeyri-təbii ifrazatlar (iyli, irinli, yaşıl və s.) olur.

3. Qadınlarda hormonal dəyişikliklər, menopauza. Vaginanın selikli qişası daha quru olur, üzərində mikroçatlar əmələ gəlir, qaşınma olur. Nəticədə sidiyin selikli qişaya düşməsi nəticəsində qaşınma, yandırma hissi yaranır.

4. Daş və kristallar. Böyrək, sidik yolları və sidik kisəsində daş və kristalların olması sidik ifrazı zamanı ağrılar, sidikdə qan izləri kimi simptomlarla müşayiət olunur.

5. Uretrit (uretranın iltihabı).

6. Böyrəklərdə iltihabi proseslər. Simptomlar: sidik ifrazı zamanı ağrılar, bel ağrısı, hərarətin yüksəlməsi, ifraz olunan sidiyin azalması, sidikdə qan.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.