Sidr qozu - TƏBİİ DƏRMAN
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Rusiyanın Sibir reqionunda yaşayan insanlar hər zaman möhkəm sağlamlığı ilə seçilir.
Milli.Az saglamolun.az-a istinadən bildirir ki, Rusiyada hətta belə deyim də var - "Sibir sağlamlığı". Sibirlilərin fikrinə görə, bunun əsas səbəbi sıx meşələr və təmiz havadır.
Sidr ağacı Sibir meşələrinin rəmzidir. Bu ağac əsl şəfa mənbəyidir. Sidr ağacı havaya müalicəvi fitonsidlər buraxır ki, bu da nəfəsalma sistemini möhkəm və sağlam edir. Ağacın qabığı və iynəyarpağı da müalicəvi məqsədlərlə geniş istifadə olunur. Sidr ağacı faydalı qozu ilə da məşhurdur. Əslində "sidr qozu" kimi tanınan məhsul qoz deyil, sidr ağacının qozasının içində olan toxumdur. Bir belə qozanın içində 150-yə qədər "qoz" var.
Sidr qozu formaya görə nar dənəsini xatırladır. Bu qozun tərkibi həqiqətən möcüzəlidir - 10-dan çox əvəzolunmaz aminturşuları, A, B qrupu, E vitaminləri, mis, marqan, kalsium, maqnezium, sink kimi minerallar, Omeqa-3 və Omeqa-6 yağlı turşular, qidalı liflər və s.
Saglamolun.az sizə sidr qozunun faydalı xüsusiyyətlərini təqdim edir:
- orqanizmə ümumimöhkəmləndirici təsir edir, ağır xəstəlik və ya əməliyyat keçirmiş insanlar üçün faydalıdır
- immun sisteminə müsbət təsir edir
- ürək-damar sistemi üçün çox faydalıdır
- aterosklerozun inkişafının qarşısını alır
- qanda "pis" xolesterolun səviyyəsini aşağı salır
- sinir sistemi üçün olduqca faydalıdır - sakitləşdirir, beyinin fəaliyyətini stimullaşdırır, beyində qocalma proseslərini ləngidir
- yuxunu tənzimləməyə kömək edir
- kişilərdə potensiyanı yaxşılaşdırır
- iştahanı azaldır və bu səbəbdən arıqlamağa kömək edir.
Sidr qozu Azərbaycanda yetişməsə də market və bazarlarda tapmaq olur. Sidr qozunu qabıqlı şəkildə alın. Qozun ləpəsi çox xoş, şirintəhər dada malikdir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Sabah 10:00-da qaz kəsiləcək
-
“Allah belə qızın bəlasını versin, 3 aydır xəbərim yoxdur” - 14 yaşlı qızın anası - VİDEO
-
Bir zamanların sevilən aktyoru bu görüntüsü ilə sevənlərini üzdü - FOTO
-
Metamfetaminlə tutulan şəxsə hökm oxundu
-
Azərbaycanda çörək BAHALAŞDI? - RƏSMİ
-
133 oyunun nəticəsi ləğv edilə bilər
-
“Beynəlxalq Rəqs Günü”nə həsr olunmuş “Rəqsin sehrində” adlı konsert proqramı keçirilib - FOTO
-
İdman zalında edilən bu səhvlər sizə baha başa gələ BİLƏR
-
Görünüş məsafəsi kəskin azalacaq - XƏBƏRDARLIQ
-
Tatlısesin qızından diqqətçəkən CAVAB - FOTO
-
Azərbaycanda MTK-ların dövrü BİTİR? - Binalarda yeni SİSTEM
-
Göy üzündə möhtəşəm şou OLACAQ
-
Avropa institutlarına kənar təsir iddiaları: qərarvermə nə qədər şəffafdır? - ŞƏRH
-
Körpəsinə "Gucci"dən əmzik almaq üçün Dubaya GETDİ: 833 manata... - VİDEO
-
Lətif Kərimovun 120 illiyi qeyd ediləcək - SƏRƏNCAM
-
Yuriy Petroviç Kamayev “Şöhrət” ordeni ilə təltif edilib
-
Dünyanın ən sağlam meyvələri açıqlandı - SİYAHI
-
Efirdə yardım istədi, günlər sonra ÖLDÜRÜLDÜ - VİDEO
-
"Okamponun fırıldaqçı və qərəzli şəxs olduğu hər kəsə bəllidir"
-
Bu avtomobillər İçərişəhərə buraxılmayacaq - SABAHDAN
-
ABŞ Almaniyada planlarını dəyişir?
-
Trampdan Putinlə bağlı diqqətçəkən açıqlama
-
Xəstəxanadakı partlayışda ağır yaralanan həkimin FOTOsu
-
"Ərinə yaraşmırsan" dedilər, əməliyyatla üzünü DƏYİŞDİRDİ - VİDEO





