Sağlamlıq

Sarımsağı balla qarışdırıb yesəniz... - MÖCÜZƏVİ QARIŞIM

25 Sentyabr 2017 04:30
0 Şərh     Baxış: 15 331
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sarımsaq bal ilə qarışdırıldıqda sağlamlıq üçün faydalı bir hala gəlir. Ancaq ballı sarımsağın təsirinin görülməsi üçün bir həftə boyunca hər gün istifadə edilməsi məsləhət görülür. Milli.Az ailem.az-a istinadən sarımsaqlı balın faydalarını təqdim edir.

Sarımsaq təkbaşına təbii antibiotik təsir göstərdiyindən sağlamlıq üçün olduqca faydalı bir qidadır. Ancaq mütəxəssislər sarımsağın əzildikdə daha faydalı olduğunu irəli sürürlər. Çünki tərkibindəki alicin maddəsi sarımsaq əzildiyi zaman və balla qarışdırıldığında təsirini çoxaldır.
 
Xərçəngin qarşısını alır
 
Balla sarımsaq qarışımı xərçəngin qarşısını alır. Eyni zamanda xərçəngə yol aça biləcək xəstəliklərə qarşı faydalı olduğu bildirilir. Siqaretin yaratdığı mənfi təsirləri azaldır.
Sarımsaqlı bal sağlam bir qaraciyərə və qan dövranına səbəb olur. Həmçinin zamanla bədəndə yığılan toksinləri də yox edir.
 
Xolesterolu salır
 
Xolesterol səviyyəsini azaltmağa və həzm sistemini gücləndirməyə
Kömək edir.
 
Böyrək daşı müalicəsi
 
Böyrək, öd daşlarını salır və əridir. Sidikqovucu xüsusiyyəti var. Bədəndə yaranan şişi aradan götürür.
 
Revmatizmə faydalıdır
 
Bütün revmatizm ağrılarının və iltihabın qarşısını alır.
 
Necə hazırlanır?
 
2-3 diş sarımsağı kiçik-kiçik doğrayın. Bir qaşıq bal ilə qarışdırın. 15 dəqiqə gözləyin, sonra yeyin. Bu qarışımı bir həftə ərzində hər gün ac qarına qəbul edin. Həftə içərisində enerjinizin artdığını, sağlamlığınızın yaxşıya doğru irəlilədiyini hiss edəcəksiniz.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.