Sağlamlıq

Çuğundur yarpağı - FAYDASI SAYMAQLA BİTMƏZ!

19 May 2017 23:33
1 Şərh     Baxış: 3 749

Çuğundur yarpağının faydası saymaqla bitməyən bir nemətdir. Milli.Az Fizulihuseynov.com-a istinadən bildirir ki, yarpaqların ya şirəsi çəkilib içilməli, ya da yarpaqlar salatlara doğranılıb, istifadə olunmalıdır. Yarpaqları qaynadıb istifadə etmək faydalarını azaldır.

Çuğundur yarpağında dəmir çuğundurun özündən 3 dəfə çoxdur, ona görə də dəmir defisit anemiyaların müalicəsində çuğundur yarpağının şirəsi əvəzolunmazdır. Bundan başqa mədə-bağırsaq yaralarında gündə yeməkdən əvvəl 1 stəkan çuğundur yarpağı ilə kök şirəsinin qarışığını içmək çox faydalıdır.

Çuğundur yarpağının tərkibində nadir vitaminlərdən olan zəngin U vitamini vardır ki, U vitamini mədəsi yara olan insanlarda həmişə çatışmır. Mədə-bağırsaq qanamalarında hər yeməkdən 1 saat əvvəl 1 stəkan çuğundur yarpağı şirəsi içmək həm qanazlığını aradan qaldırır, həm yeni qan yaradır, həm də qanı laxtalandırır qanaxmanı dayandırır.
Xatırladım ki, adət zamanı bəzi xanımlarda da çox qan itirmə olarsa bu reseptdən faydalana bilər. Qaraciyər, dalaq böyüməsində əla bir vasitədir. Tərkibində bol B qrupu vitaminləri olduğundan bütün dəri xəstəliklərinə, əsasən də ekzemalarda, səpgilərdə faydalıdır.

Çuğundur tərkibində bol fosfor vardır ki, beyin inkişafında çox faydalıdır, çuğundur yarpağı ağciyər xəstəliklərində, əsasən də vərəm xəstəliyində çox faydalıdır. Çuğundur yarpağı xaricə təpitmə kimi də çox faydalıdır, belə ki, trofik yaralarda, qızılyeldə, sağalmayan yaralarda yarpağı ət maşınından keçirib, yaranın üstünə qoyub bağlamaq lazımdır.

Xərçəng xəstələri hər gün şirəsindən içməlidirlər, orqanizmin xərçəngə qarşı müqavimətini yüksəldir və xərçəngin sürətlə yayılmasının qarşısını alır. Xatırladım ki, çuğundur yarpağında çox K vitamini olduğundan qanı laxtalandırır, ona görə də 1 stəkan çuğundur yarpağı şirəsinə 1 ədəd limon şirəsi qarışdırıb içsəniz qan laxtalanması problemi ilə üzləşməzsiniz.

Qəbizlikdən əziyyət çəkənlər və zob xəstəliyindən əziyyət çəkənlər üçün çox faydalıdır. Çuğundur yarpağında həm də zəngin P vitamini vardır ki, P vitamini adamı skleroz olmaqdan qoruyur, damarları elastikləndirir, infarkt və insult olmaqdan qoruyur. Xatırladım ki, diqqət yayınmalarında, yaddaşsızlıqda şirəsinin içilməsi çox faydalıdır. Şəkər xəstələri də gündə 1 stəkan şirəsini içə bilərlər.

Milli.Az

Şərh yaz:

1 Şərh:

  • Anonim
    elza · 20 May 08:1000

    biz neqeder ekmisik hec faydasini bilmirdim

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.