Sağlamlıq

Epilyasiya yanıqları zamanı ilk yardım

20 May 2016 12:25
Baxış: 36 551
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Artıq tüklər daima qadınları narahat edir. Onlardan necə azad olmalı? Hərənin də öz həll prinsipi var, amma heç də tüklərdən azadolma proseduru ağrısız və effektiv olmur. Proseduradan sonra dəridə qızartı, yanıqlar və tük dibi follikullarının iltihabı əmələ gələ bilər.

Maraqlıdır, bəs görəsən,  ilk dəfə insanlar nə zaman bədənlərindəki lazımsız tüklərdən azad olmağa çalışıblar?

Lap qədim zamanlarda, bir sıra xalqlar qadınların bədənindəki tüklərin təmizlənməsini doğru hesab etmirdilər. Hətta bu məsələlər, dini baxımdan yanaşsaq, islam alimləri tərəfindən dini şərhlərdə də əksini tapmışdır. Günmüüzdə mövcud olan bir sıra yazılarda və xüsusilə də hədislərdə özünü büruzə verən bu məsələlərdən açıq-aydın görünür ki, lazımsız tüklərdən azad olma məsələsi vacib olduğu qədər də diqqət tələb edən məsələlərdəndir. Hələ çox yaxın keçmişədək xarici görünüşdə olan qüsurların müalicəsi və onların aradan qaldırılması hətta plastik əməliyyat vasitəsilə belə, çox çətin idi. Lakin lazer kosmetologiyası sahəsində əldə olunmuş son nailiyyətlər və həyata keçirilmiş yeniliklər sayəsində bu cür problemlərin həll olunması hazırda adi hallardan birinə çevrilmişdir. Ancaq buna baxmayaraq, lazer kosmetologiyasını bu cür problemlərin həll olunmasında yeganə və ən effektiv vasitə kimi qiymətləndirmək də düzgün olmazdı.

Lazer epilyasiyası nədir?

Ümumiyyətlə, terminlərdən istifadə etmədən, hər kəsin başa düşəcəyi formada desək, lazer tək dalğada sıxlaşdırılmış işıq deməkdir. Lazer işığı tibdə 50 ildən çoxdur ki, müxtəlif sahələrdə istifadə edilməkdədir. Lazer epilyasiya isə bədəndəki arzuolunmaz tüklərin lazer enerjisi istifadə etməklə uzun müddətli yox edilməsidir. Kiçik tibbi əməliyyat hesab olunan və 1960-cı ildən etibarən təcrübədə istifadə edilən bu üsul 1990-cı illərdən bəri daha da inkişaf etdirilmiş və dermatoloji təhlükəsizlik baxımından daha geniş formada istifadə edilməyə başlanmışdır. Lazer epilyasiyanın tüklərdə qalıcı olaraq azalmanı təmin etdiyi və insan sağlamlığına zərər vermədiyi ilk dəfə Amerika Qida və Dərman Təşkilatı (FDA) tərəfindən 1997-ci ildə təsdiq edilmişdir.

Lazer epilyasiyasının zərərləri ilə əlaqədar bu günə qədər ciddi xətalara rast  gəlinməmişdir. Ciddi zərərlərdən çox lazer epilyasiyasının tətbiqi əsnasında yalnız  yan təsirlər aşkar edilmişdir. Belə ki, lazer tətbiq edilən bölgədə qaşıntı, qızartı, şişmə kimi təsir ola bilər. Bu təsirlər keçicidir və ümumiyyətlə 3-4 gündən sonra hiss olunmur. Bundan başqa, istifadə edilən alətlərlə səliqəsiz davranma halları dəridə yanıqlar və infeksiya riski meydana gətirə bilər. Hansı ki, bu yan təsirlərin meydana gəlməsi, lazer epilyasiyasını tətbiq edənin təcrübəsi, lazer epilyasiya etdirən adamın bədən xüsusiyyətləri və istifadə olunan cihazla əlaqəlidir. Lazer epilyasiyasında əvvəli və sonrası bir müddət diqqət yetirilməsi lazım olan hallar vardır ki, bunlardan biri də açıq havada günəşə çıxılmamasıdır. 

Lazer epilyasiyası zamanı dəridəki qızartı, yanıq və ağrılardan qurtulmaq üçün effektiv müalicə Bepaderm G-dən istifadədir. Gelin tərkibində dərini sakitləşdirmək və nəmləndirmək üçün D-pantenol var. D-pantenol suda həll olan B qrup vitaminidir. Dərinin regenerasiyasını stimulə edir, hüceyrə metabolizmini normallaşdırır, mitozu sürətləndirir və kollagen liflərin möhkəmliyini artırır və iltihab əleyhinə təsir göstərir. Bu maddə yanıq zamanı yaranan ağrıları yüngülləşdirməyə kömək edir. Bepaderm Gdərinin sağalma prosesini sürətləndirir. Dəri yanıqları zamanı yaranan qıcıqlanmanın qarşısını alır. Zədələnmiş dərini bərpa edir və nəmliyi qoruyub saxlayır. Tərkibindəki mentol sayəsində yanıqlar zamanı dəriyə sərinləşdirici effekt verir. Bepaderm G  həssas dərini şüaların təsirindən qoruyur.

İstfadə qaydası: Dərinin zədələnmiş (yanmış) nahiyəsinə Bepaderm G-ni gün ərzində 2-3 dəfə çəkmək lazımdır.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.