Sağlamlıq

Aralıq dənizi pəhrizi insanın həyatını 2 il uzadır

1 Aprel 2016 22:08
2 Şərh     Baxış: 2 335
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
Aralıq dənizi pəhrizi insanın həyatını 2 il uzadır. Milli.Az saglamolun.az-a istinadən bildirir ki, bunu Rusiyanın baş qastroenteroloqu Vladimir İvaşkin TASS agentliyinə verdiyi müsabiqədə deyib.

Baş qastroenteroloqun sözlərinə görə Aralıq dənizi pəhrizi həmçinin yaşlı insanların aktivliyini artırır, onlarda yaşla əlaqəli olan baş beyni xəstəliklərinin riskini azaldır.

Aralıq dənizi pəhrizinin əsas ingrediyentləri bunlardır: zeytun yağı, təzə balıq, çoxlu meyvə və tərəvəzlər, qoz-fındıq. Faydası bütün dünyada təsdiq olunmuş bu pəhrizdə ət az istifadə olunur.

Baş qastroenteroloq ətdən tam imtina etməyi tövsiyə etmir. Lakin onun sözlərinə görə yağlı qırmızı ətin miqdarını azaltmaq, onun əvəzinə isə toyuq, evdovşanı, yağsız ətdən istifadə etmək daha məqsədəuyğundur.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.