Türkiyə

Türkiyədə 5 kənd təcili boşaldıldı - 785 nəfər təxliyə olundu - FOTO

9 Avqust 2025 10:12
Baxış: 835
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Çanaqqalada ötən gün başlayan iki ayrı meşə yanğını güclü küləyin təsiri ilə sürətlə böyüyüb.

Milli.Az türkiyə mediasına istinadla xəbər verir ki, şəhər mərkəzində baş verən yanğın əsasən nəzarət altına alınıb, lakin Bayramiç rayonundakı yanğın hələ də davam edir.

Yanğın riski səbəbindən Saçaklı, Ahmetçeli, Doğancı, Zeytinli və Pıtıreli kəndləri boşaldılıb, ümumilikdə 785 nəfər təhlükəsiz ərazilərə köçürülüb. Boşaldılan Saçaklı kəndində çoxlu evlər alovlar içində qalıb.

Hadisə yerinə 9 helikopter, 241 texnika və 900-ə yaxın şəxsi heyət cəlb olunub. Yanğınsöndürmə işləri gecə boyu fasiləsiz davam edib. İndiyədək 24 nəfər tüstüdən zəhərlənərək xəstəxanaya müraciət edib, onlardan 18-nin müalicəsi hələ də davam edir. Təhlükəsizlik tədbirləri çərçivəsində Boğazda bəzi istiqamətlər üzrə nəqliyyat dayandırılıb.

Hadisə ilə bağlı aparılan araşdırma nəticəsində 4 nəfər saxlanılıb və istintaq davam edir. Rəsmi qurumlar bildirir ki, mərkəzdəki yanğın böyük ölçüdə nəzarət altına alınıb, Bayramiçdə isə söndürmə və soyutma işləri hələ də gedir.

Fidan
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.