Sağlamlıq

Uşaqlarda öskürək

15 Mart 2016 12:10
Baxış: 31 514
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Öskürək tənəffüs yollarının xəstəlikləri zamanı önəmli və ən sıx rast gəlinən simptomlarından biridir. Bütün uşaqlar vaxtaşırı öskürürlər. Bu valideynləri çox narahat edən problemlərdən biridir. Bir qayda olaraq bu soyuqdəymənin nəticəsi ola bildiyi halda, bəzən də düzgün nəfəs almamağın nəticəsi də ola bilər. Valideynlər ilk öncə öskürəyin səbəbini araşdırmalı və bundan sonra onu yumşaltmağa və müalicəyə başlamalıdırlar.

Çox zaman öskürək zərərli xarici mühitin təsirindən orqanizmin qoruyucu reaksiyasıdır. Virusların-bakteriyaların hücumuna cavab olaraq və ya allergen reaksiya kimi, tənəffüs yollarının selikli qabıqlarında seliyin miqdarı artır, bundan da qurtulmaq üçün orqanizm öskürək reaksiyasını verir.

Öskürək - hər zaman xəstəlik deyil, bəzən sadəcə simptomdur. Adətən, uşaqlarda öskürəyin səbəbi bunlar olur:

viruslar;

bakteriyalar;

allergenlər;

havanın qeyri-kafi xüsusiyyətləri (bəzən otaqda quraşdırılan radiator kimi isitmə vasitələri havanı qurudaraq uşaqların nəfəsini də zədələyir və körpə yuxudan reflektor olaraq öskürəklə ayılır.)

Öskürək zamanı böyüklərdə tənəffüs əzələləri işləyir. Məhz əzələlərin müəyyən qrupunun reflektorlu ixtisarı və bəlğəm öskürməyə gətirib çıxarır. Körpələrdə və 3-5 yaşlı uşaqlarda tənəffüs əzələləri çox zəif inkişaf etdiyi üçün bəlğəmi öskürüb tüpürmək böyüklərə nisbətən balacalara çox çətin olur. Beləliklə bir müddət yığılmış selik öskürüb tüpürə bilmədikcə virusa çevrilərək ağırlaşır, bronxitə və ya sətəlcəmə çevrilmə təhlükəsi yaradır. Uşaq uzun müddət burnu ilə nəfəs ala bilmədiyi üçün ağzı ilə nəfəs alır ki, bu da ağciyərlərdə bəlğəmin qurumasına və öskürəyin boğucu olmasına səbəb olur. Bu prosesi uşaqlarda yüngülləşdirmək üçün bəlğəmi yumşaltmaq lazımdır.

Medikamentoz vasitələrin köməyi ilə öskürəyi yüngülləşdirmək və tənəffüs yollarından seliyi təmizləməyə nail olmaq olar. Dərmanların köməyi ilə öskürəyi və bəlğəmi durulaşdırırlar ki, körpə öskürüb bu bəlğəmdən azad ola bilsin.

Fibron bəlğəmgətirici və öskürək əleyhinə siropdur. Fibron pediatrik siropunun tərkibindəki ambrоksоl-hidrохlоrid bəlğəmgətirici təsir göstərərəк, bəlğəmi durulаşdırmаsı və yаpışqаnlığını аzаltmаsı hеsаbınа öskürəк zаmаnı tənəffüs yоllаrındа yığılmış bəlğəmin хаric оlmаsını аsаnlаşdırır. Brоnх sеkrеsiyаsını аrtırаrаq оnun qatılığını аzаldır. Mukоlitiк təsir nəticəsində sеliyin yаpışqаnlığı pоzulur, bəlğəm əhəmiyyətli dərəcədə yumşаlır və оnun хаric оlmаsı аsаnlаşır. Fibron antioksidant təsirlidir. (ağciyər toxuması, tənəffüs yolu selikli qişa hüceyrələrinə lokal olaraq qoruyucu təsir göstərir)

İstifadə qаydаsı və dоzаsı:

2 yаşa qədər - gündə 2 dəfə 2,5 ml
2-5 yаş - gündə 3 dəfə 2,5 ml
5-12 yаş - gündə 2-3 dəfə 5 ml.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.