Yağları əridən qidalar
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az Trend-ə istinadən bildirir ki, bəzi qidalar vücuddakı yağların əriməsini sürətləndirir. Bəs bunlar hansı qidalardır?
Acı bibər
Bibərə acılıq verən kapsaisin maddəsi maddələr mübadiləsini sürətləndirir və buna görədə bədəndə olan artıq yağları yandırır.
Tam taxıllı qidalar
Sağlamlıq üçün çox faydalıdırlar. Taxılın üç əsas komponenti saxlandıqda ona tam taxıl deyilir. Bu üç komponent aşağıdakılardır: Kəpək (lif baxımından zəngin xarici qabıq), əsas (qida dəyəri baxımından zəngin özül) və nişastalı hissə (endosperm). Tam taxılın tərkibində olan lif, vitamin, mineral, antioksidantlar bir çox xroniki xəstəliklərə qarşı qalxan rolunu oynayır. Vücudun daha çox çalışmasını təmin edən tam taxıllar yağların əriməsinə də kömək edir. Tam taxılların yandırılması üçün iki qat kaloriyə ehtiyac vardır. Bu da bədənin zəyifləməsinə dəstək verir.
Hindistan qozu
Hindistan qozu (kokos) çox faydalı bitkidir. Hindistan qozunun həm südünün, həm də suyunun tərkibinin, steroid olmayan iltihab önləyici dərmanlardan qaynaqlandığı və mukozal ereksiyaya qarşı xora önləyici xüsusiyyətlərə sahib olduğu bildirilir. Həmçinin, bu meyvə həzm sistemi narahatlıqlarının müalicəsində təsirli hesab olunur. Qəbzlik, kolit, mədə xorası, ishal, qusma, qaz, dizenteriya kimi narahatlıqlara qarşı effektlidir. Maddələr mübadiləsini artırır.
Avokado
Avokado həmişəyaşıl meyvə bitkiləri cinsidir. Tropik meyvədir. Armud formalı meyvələri tündyaşıl, yaxud qara və birtoxumlu olur. Tərkibində asan həzm edilən yağ (30%-ədək), zülal (1,5-4%), B1, B2, C və D vitaminləri var. Diabet xəstəliyi olanlar üçün faydalıdır. Maddələr mübadiləsini sürətləndirir və yağların əriməsində faydalı rol oynayır.
Zəncəfil
Zəncəfil tək ədviyyat deyil, zəncəfil həm də müalicəvi bitkidir. Zəncəfili üyüdülmüş və çiy (zəncəfil kökü) şəklində istifadə etmək olar. Zəncəfilin müalicəvi xüsusiyyətləri olduqca çoxdur. Bu bitki (daha doğrusu onun kökü) iltihabəleyhinə, antibakterial, ağrısazlaşdıran, tonuslaşdırıcı, spazmolitik və s. xüsusiyyətlərinə malikdir. O insanın mədə-bağırsaq sisteminə çox müsbət təsir edir - mədənin və bağırsaqların fəaliyyətini yaxşılaşdırır, qəbizliklə mübarizədə kömək edir, ödqovucu təsirə malikdir. Bundan əlavə zəncəfil orqanizmin qan təchizatını yaxşılaşdırır, damarları təmizləyir, mübadilə proseslərini sürətləndirir. Zəncəfil çayı arıqlamağa kömək edir. Bu çayı qida qəbulundan yarım saat əvvəl içdikdə, iştaha azalır və bu səbəbdən insan daha tez doyur. Zəncəfil çayı aclıq hissini azaldır və mübadilə proseslərini sürətləndirir ki, nəticədə insan tez və rahat arıqlayır. Belə çayı tək arıqlamaq məqsədi ilə yox, soyuqdəymələr zamanı da istifadə etmək olar.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Hər gün bunu etsəniz bel ağrısından xilas olarsınız
-
Enerjini azaldan gündəlik səhvlər
-
Ofisdə "qocalma" qorxusu - Çətirlə işləməyə başladılar
-
Gələcək analara xəbərdarlıq - Hamiləlikdə bunu etmək risklidir
-
"İki nəfər üçün yeməlisən" deyirlər, amma… - Hamiləliklə bağlı məşhur yanlış
-
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
XƏBƏR LENTİ
-
Ərdoğan BMT Baş Assambleyasında 16-cı dəfə çıxış edəcək
-
Şimali Koreya Yapon dənizi istiqamətində naməlum mərmi buraxıb
-
Kobaxidze BMT Baş Assambleyasında iştirak edəcək
-
Ayın 21-də şimşək çaxacaq, leysan yağacaq - Proqnoz
-
Yəməndə son döyüşlərdə husilərin 73 üzvü öldürülüb
-
Tarixi missiya uğurla yerinə yetirildi - DİN - (Video)
-
Tbilisidəki kütləvi zəhərlənmənin səbəbi məlum oldu
-
Pakistan XİN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
-
Rafinya “Barselona” tarixində yeni rekorda imza atdı
-
Hava ilə bağlı son məlumat
-
Ceyhun Bayramov ABŞ-a getdi
-
Dövlət Suverenliyi Günü milli birliyin rəmzidir - Kamaləddin Qafarov
-
İsrail səfirliyi Azərbaycanı Suverenlik Günü münasibətilə təbrik edib
-
Rusiyanın itkiləri açıqlandı
-
Aras Bulut İynemlinin narkotik istintaqında verdiyi ifadə üzə çıxdı
-
Kartof və makaron yeyənlərin nəzərinə: Təhlükəlidir
-
İran danışıqlara başlamaq üçün şərtlər irəli sürdü
-
Meysəridə festival axşamı: səhnədə sevilən ifaçılar - (Video/Foto)
-
Misli Premyer Liqasında 6-cı tura bu gün yekun vurulur
-
ABŞ-də dizel yanacağının orta qiyməti rekord həddə çatıb
-
Ərazi bütövlüyünün bərpasının rəmzi: Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü
-
Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb - XİN
-
Telefonu uşağın əlindən almağın ən doğru yolu - ekspert açıqladı
-
Eşidənlər gecələr tualetə duz tökməyə başlayıb





