Sağlamlıq

Oliver Boqler: "Milli Onkologiya Mərkəzinin simasında biz etibarlı tərəfdaş tapdıq"

16 Noyabr 2015 13:26
Baxış: 654
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Milli Onkologiya Mərkəzində yaradılmış şərait bizdə böyük təəssürat oyatdı. Yəni Mərkəz tibb texnikası, mobil diaqnostika kompleksi, o cümlədən ən müasir avadanlıqla təchiz edilib. Bu gün əyani gördüyümüz bütün bunlar Azərbaycan hökumətinin ölkənin səhiyyə sahəsinə ciddi investisiyalar yatırdığını göstərir. Zəngin maddi-texniki bazaya və kadr potensialına malik Milli Onkologiya Mərkəzini dünyanın aparıcı onkoloji mərkəzləri ilə bir sıraya qoymaq olar.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində MD Anderson Xərçəng Mərkəzinin vitse-prezidenti Oliver Boqler deyib.

O, Milli Onkologiya Mərkəzi və MD Anderson Xərçəng Mərkəzi arasında imzalanmış uzunmüddətli əməkdaşlıq müqaviləsi haqqında da fikirlərini bölüşüb. Oliver Boqler deyib: "Onkoloji mərkəzlər arasında sıx əməkdaşlıq yaranıb. Belə ki, cari ildə martın 14-15-də Mərkəzin nümayəndələri Azərbaycanda olublar və Azərbaycan Milli Onkologiya Mərkəzi ilə birlikdə Bakıda onkologiyanın aktual problemlərinə həsr olunmuş konfrans keçiriblər. Bundan başqa, bu il ərzində MD Anderson Xərçəng Mərkəzinin nümayəndələri Milli Onkologiya Mərkəzinin apardığı tədqiqatlarla tanış olublar. Onlar burada çox mürəkkəb cərrahiyyə əməliyyatlarının, habelə ciddi elmi tədqiqatların aparıldığına əmin olaraq, Milli Onkologiya Mərkəzi ilə uzunmüddətli əməkdaşlıq haqqında müqavilənin imzalanmasına maraq göstəriblər. Bununla yanaşı, təcrübə mübadiləsi proqramı çərçivəsində MD Anderson Xərçəng Mərkəzinin mütəxəssisləri Milli Onkologiya Mərkəzinə gələcəklər.

Məlumdur ki, onkoloji xəstəliklər XXI əsrin ən geniş yayılmış xəstəlikləri sırasındadır və buna görə də bizim Mərkəz bu qorxulu xəstəliyə qarşı mübarizə üçün dünyada tərəfdaşlar axtarır. Qətiyyətlə deyə bilərəm ki, Milli Onkologiya Mərkəzinin simasında biz etibarlı tərəfdaş tapdıq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.