Sağlamlıq

Ebola virusunun sonu çatır

26 Avqust 2014 20:46
0 Şərh     Baxış: 1 349
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Ebola qızdırmasına qarşı eksperimental vaksin yaradılıb

Rusiyanın tibb işçiləri Ebola qızdırmasına qarşı eksperimental vaksin işləyib yaradıblar. Bu vaksinin sınaqları artıq ilk müsbət nəticələrini verib.

Anspress xəbər verir ki, Rusiya Federasiyasının səhiyyə naziri Veronika Skvortsova bu sözləri "RİA Novosti" agentliyinə müsahibəsində deyib.

Qeyd edilib ki, Səhiyyə Nazirliyinin D.İ.İvanovski adına Virusologiya Elmi-Tədqiqat İnstitutunun əməkdaşlarından və İstehlakçıların hüquqlarının və insanların rifahının qorunmasına nəzarət üzrə federal xidmətin ("Rospotrebnadzor") bir əməkdaşından ibarət qabaqcıl qrup Qvineyadan qayıdıb.

V.Skvortsova sonda deyib: "Biz xəstəliyin törədicisini və onun xarakteristikasını öyrənmişik. Klinikadan əvvəlki sınaqlarda yaxşı nəticələr vermiş eksperimental vaksin əldə etmişik. Yeni vaksinin sınaqları davam etdirilir. Ümidvarıq ki, bu sınaqlar uğurlu olacaq".

Qeyd edək ki, Virusologiya Elmi-Tədqiqat İnstitutu ekologiyanın, insan və heyvan viruslarının epidemiologiyasının və molekulyar biologiyasının öyrənilməsi sahəsində dünyada tanınmış elmi-tədqiqat müəssisələrindən biridir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.