Kobud insanlardan can qurtarmaq üçün...
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Tez-tez müəyyən insanlar haqqında "yaman dəymədüşərdir", "çətin adamdır", "bununla dil tapmaq müşkül məsələdir", "çox tənbəldir" deyirik. Mütəxəssislərin fikrincə, xamlıq, kobudluq, qəddarlıq, iradəsizlik, acizlik, həyata maraqsızlıq, paxıllıq, yalançılıq, səmimilik və s. bu kimi digər hallar karmik xəstəliklər adlanır. Buna görə də münəccimlər fərdi qoroskoplar hazırlayarkən insanların bu xüsusiyyətlərini vurğulaya bilirlər.Kobudluq zahirən mehriban və qayğıkeş münasibətlə də müalicə oluna bilir
Lakin astrologiyanın atası sayılan Ptolomeyin dediyi kimi, ulduzlar tövsiyə edir, məcbur etmir. Elə bu nəzəriyyə ilə belə qərara gəlmək olar ki, köklüyə və ya alkoqola meylli olan insanlar heç də həmişə məcbur deyil ki, gombul və ya əyyaş olsunlar. Paralel olaraq, daxilində kobudluğa meylli olan insanların hamısının həyatda kobud olmaları mütləq deyil.
"Qoroskop" qəzetinin baş redaktoru, astroloq Səbuhi Rəhimlinin sözlərinə görə, fiziki xəstəliklər kimi karmik ağrılar və xəstəliklər də növünə görə müxtəlif olur. Onların bəziləri tam, bəziləri isə simptomatik olaraq müalicə oluna bilir. Burada hər şey insanı əhatə edən mühitdən və bu mühitin həmin insanın sağalmasında nə qədər maraqlı olmasından asılıdır. Yalnız qəlbən sevənlər sevdiklərini karmik xəstəlikdən azad etmək üçün özlərini bütünlüklə ona həsr edirlər. Analoji olaraq fiziki xəstəliklərlə müqayisə aparsaq, görərik ki, xəstəxanada və ya türmədə zor gücü ilə alkoqoldan təcrid olunmuş insanlar sakit, düşkün olurlar. Lakin əlləri spirtli içkiyə çatanda onların xəstəlikləri daha güclü şəkildə vüsət alır. Yaxşı olar ki, hər kəs özü bu ölümcül vərdişdən əl çəksin. Amma təəssüf ki, belələri tək-tükdür.
Astroloqa görə, karmik xəstəliklərin üç kateqoriyaya bölünmüş müalicə metodu var. "Birinci metod insanın özü ilə bağlıdır. Əgər kimsə cəsarət tapıb kənardan özünə nəzər yetirsə və başa düşsə ki, taleyində təcili olaraq nəyisə dəyişmək lazımdır, onda bu yolla o, karmik xəstəliyi müalicə edə bilər. İkinci metod xəstənin yaxın adamları ilə bağlıdır. Əgər yaxınları həqiqətən də onu karmik xəstəlikdən azad etmək istəyirlərsə, onun ətrafında sağlam atmosfer yaratmalı, bir an da olsun, onu darıxmamağa qoymamalıdırlar. Üçüncü metod isə sizlərə bildirəcəyimiz məsləhət və tövsiyələrdən ibarətdir. Belə ki, əgər işlədiyiniz kollektivdə və ya yaşadığınız ərazidə darıxdırıcı və ya xoşagəlməz adamlarla tez-tez rastlaşırsınızsa, məhz bu tövsiyələrə qulaq asmaqla situasiyalardan çıxış yolunu tapa bilərsiniz".
Əvvəlcə karmik xəstəliklərin başında duran kobudluq, qabalıqdan danışaq. Müsahibimiz bildirir ki, insanın xasiyyətində kobudluğu müəyyənləşdirmək çətin deyil. Lakin onun səbəbini başa düşmək çox çətindir. Belə ki, kobudluq müxtəlif səbəblərlə yarana bilər. Birinci tip kobudluq müdafiədir. İnsan hücumdan qorxur, bu səbəbdən də özü hücuma keçir. Bu hərəkət xüsusən də hansısa fiziki qüsuru olan və uşaqlıqda məsxərəyə qoyulan adamlara xasdır. İkinci tip kobudluq zəif və sentimental görünmək qorxusudur. Bu cür insanlar köməyə gələrkən ən pis söyüşlər söyür ki, onları mehribanlıqda şübhələndirməsinlər. Üçüncü tip kobudlar sadəcə olaraq tərbiyəsiz və yönsüz insanlardır. Lakin onlar ürəklərində heç kimə kin bəsləmirlər. Adətən onlara özlərində yumor hissi olan adamlar maraq göstərirlər. Nəhayət, dördüncü və ən ağır növ tamamilə şüurlu şəkildə başqalarını təhqir edib alçaldan və öz üstünlüyünü sübut etmək istəyənlərdir.
Həmsöhbətimizə görə, kobudluğu müalicə etməzdən qabaq əvvəlcə onun növünü müalicə etmək lazımdır. Bunun üçün "müayinə eksperimenti" mütləqdir. "Əgər küsəyən və müəyyən aktyorluq qabiliyyətlərinə malik adamsınızsa, sizdə asanlıqla ölümcül düşkünlük yarana bilər. Bəzi kobudlar bir qayda olaraq dəfələrlə başqasının xətrinə dəyir və bundan sonra yönsüz şəkildə üzr istəməyə başlayırlar. Tərbiyəsizlər çətin məqamda, dar macalda bir-birinin əlini sıxar, ən kobud insanlarsa incitdiyi şəxslərin ağrılarını görməkdən həzz almaqda davam edərlər" deyən Rəhimli bildirib ki, digər vasitə daha asan olsa da, uzun müddət müşahidə tələb edir. Onun sözlərinə görə, bu, bir neçə həftə ərzində həmin fərdin davranışının analizidir. Bunun üçün onun zəif və güclü adamlarla davranışına xüsusi diqqət yetirmək lazımdır. Həyətdəki itlərə və pişiklərə, ümumiyyətlə, heyvanlara qayğı göstərən, lakin rəhbərliklə ağız-ağıza verənlər əsasən birinci və ya ikinci növə aid olurlar. Özündən güclülərin yanında quzuya dönənlər isə dördüncü növdür. Kobudluq zahirən mehriban və qayğıkeş münasibətlə də müalicə oluna bilir.
S.Rəhimliyə görə, kobud insandan yaxa qurtarmaq üçün ən asan vasitə sadəcə olaraq ona fikir verməməkdir. Qoy özü üçün nə qədər kobudluq edirsə, etsin. Əgər ondan tamamilə qurtulmaq istəyirsinizsə, onun fəaliyyət göstərdiyi cəmiyyəti birdəfəlik tərk edin. İşdir, əgər bunu da bacarmırsınızsa, yaxşı olar ki, konkret işlə məşğul olub başınızı qata və ona fikir verməyəsiniz, yaxud da ona zooloq və ya rəssam gözü ilə baxasınız.
Karmik xəstəliklərin müalicəsi insanın öz əlindədir. Mütəxəssislər hesab edir ki, xəstəliklər pis şans və ya talesizlik deyil, ruhi uyğunlaşma da xəstəlik gətirir. Kosmik olaraq baxıldığında bütün xəstəliklər psixosomatikdir. Və bunun qarşısını almaq, sağalmaq insanın iradəsinə bağlıdır.
Ekspress.az
DİGƏR XƏBƏRLƏR
-
Mətbəximizdəki bəzi qida əlavələri ürək xəstəliklərinə səbəb olur
-
3 tərəvəzi yedikdən sonra şəkərli saqqız çeynəyin: Təzyiqi düşürməyin yeni yolu
-
Hər gün ananas yeyənlər xəstəlik üzü görmür: İltihabın kökünü kəsən tropik möcüzə
-
Kimlər qan üçün donor ola bilməz?
-
"Qanım şirindir" deyənlərin nəzərinə: Alimlər ağcaqanadların insan seçmə sirrini açdı
-
Gündə 6 saatdan çox oturanlar diqqət: Ürək xəstəliyi riskini artırır
XƏBƏR LENTİ
-
Mətbəximizdəki bəzi qida əlavələri ürək xəstəliklərinə səbəb olur
-
Zolaqlı geyimləri kombinləməyin 4 yolu
-
İngilis çay saati klassiki: Scone resepti
-
Bakıda yağışdan sonra yaranan gölməçə probleminə çarə - (Video)
-
Ən yaxşı yemişi seçməyin yolları - Sadəcə qoxulamaq kifayət deyil
-
Üstündən avtobus keçən qadının nəvəsi baş verənləri danışdı - (Video)
-
Bakıda sürücü motosikletçini vuraraq qaçdı (Video)
-
"Al Hadath": İran ABŞ ilə danışıqları vasitəçilərlə davam etdirir
-
Günün qoroskopu: Romantik münasibətlərdə xoş sürprizlər ola bilər
-
Messi yenidən "Barselona" forması geyinəcək
-
Osimhen üçün 150 milyonluq tələb: "Manchester United" hərəkətə keçdi
-
Hüseyn Məhəmmədoğlu:“Get dişini düzəlt, pulun yoxdur?”
-
Azərbaycan boksçuları 12 medal qazanıb (Foto)
-
Yasamalda yaşayış kompleksində mənzil yanıb - (Video)
-
“Goal” tarixin ən yaxşılarını seçdi
-
Bakıətrafı qəsəbələrdə qiymət 15% qalxacaq - (Video)
-
"Al Mayadeen": Tramp üzr istəməyənə qədər İran danışıqlara davam etməyəcək
-
Anomal istilərə görə Fransada 845 məktəb bağlanacaq
-
Yamal Messini keçdi
-
Moskvada binada güclü yanğın - 60 nəfər təxliyə edilib
-
DÇ-2026: İspaniya Səudiyyə Ərəbistanını darmadağın edib
-
Yup-yumşaq, tək-tək pizza resepti
-
Xəyalənin 14 yaşlı qızı - (Foto)
-
ABŞ-də təyyarə qəzası - ölənlər var





