Çoxumuz qripdən sonra üz nahiyəsinin ağrılarından şikayətlənir, üzümüdə sanki bir ağırlığın olduğunu hiss edirik. Bəzən bu, həftələrlə davam etsə də, fikir vermir, "keçib gedər" deyirik. Amma keçib getməyəndə də gec olur.
Mütəxəssislərin fikrincə, qaymorit üst çənə cibinin iltihabıdır, sinusitin (burunətrafı ciblərin iltihabı) bir növüdür. Qaymorit kəskin zökəm, qrip, qızılca, skarlatina və digər infeksion xəstəliklərin ağırlaşmasında olur. Ən çox rast gəlinən səbəb kimi isə yuxarı dörd arxa dişlərin köklərinin xroniki infeksiyaları və qan durğunluğunu göstərmək olar. Qaymorit sinuzitin bir növüdür.
Otolarinqoloq-lor həkimi Tural Əhmədovun sözlərinə görə, qaymorit və sinuzit qış aylarının ənənəvi xəstəlikləridir. Bu xəstəliklər ən çox qripdən sonra ağırlaşmalar zamanı meydana gəlir: "Burun, alın, gicgah və göz ətrafındakı içi hava dolu boşluqlara sinus deyilir. Bu sinuslar, kanallarla buruna açılır, kanalların içindən isə burun mukozası keçir. Mukozanın çıxardığı ifrazat burun içinə gəlir və tənəffüs yollarının isidilməsini və nəmli qalmasını təmin edir. Mukoza iltihablanan zaman yaranır. Sinuzit xroniki və kəskin olaraq iki hissəyə ayrılır".
Bəzi insanlar, sinuzit xəstəliyi üçün daha çox risk altında olur. Çünki onların orqanizmi bu xəstəlik üçün çox həssas olur. Nəfəs almasını çətinləşdirəcək problemi olanlar, burnun içindəki quruluşun əyri olması, ya da burun sümüyü qırıq olanlar sinuzitə daha tez yaxalanırlar. Bununla yanaşı soyuqdəyməsi və allergiyası olan insanlar da sinuzitdən əziyyət çəkirlər. Siqaret və spirtli içki aludəçiləri, bəzi infeksiyalara tez yoluxanlar da sinuzitə qarşı həssas olurlar.
Həkim deyir ki, əgər soyuqdəymə xəstədə bir həftədən çox davam edirsə, bu, sinuzitdir: "Sinuzit zamanı üzdə, gözdə və başda ağrılar olur. Baş ağrıları döyüntülü şəkildə davam edir. Öskürərkən, ağır bir şey qaldırarkən və ya əyilərkən bu ağrılar artır. Bunun səbəbi bu hərəkətlər əsnasında sinus içindəki təzyiqin artmasıdır".
Həmsöhbətimizin sözlərinə görə, ağrıyan yerlərə təzyiq edildiyində, həssaslıq daha da artır. Baş ağrıları davamlıdırsa, bu, kəskin sinuzitə işarədir. Sinuzitdən əziyyət çəkən insanlarda burun axıntısı davamlı və tək tərəfli olur.
Bəzi xəstələrdə səs batıqlığının da özünü göstərdiyini deyən T.Əhmədovun sözlərinə görə, boğaz ağrısı, kifayət qədər qoxu hiss etməmək və diş ağrısı sinuzitli xəstələrin əsas şikayətləridir: "Bununla yanaşı, xəstə çox zaman özünü yorğun hiss edir, heç bir şey etməyə həvəsi olmur. Azca hərarəti olur. Bu xəstəlik uşaqlarda olur, amma uşaqlar daha yüngül keçirir. Ürək bulanma və qusma uşaqlarda ortaya çıxa bilər".
Sinuzit ümumi sağlamlığıa da təsir edə bilər. Qoşa görmə, göz və alın bölgəsində ağrılı şişkinliklər yaranırsa, mütləq həkimə müraciət etmək lazımdır. Müalicə zamanı sinuslar iltihablardan təmizlənir və iltihaba səbəb olan bakteriyalar yox edilir. Müalicə 10 günlük dərman qəbulu ilə öz təsirini göstərir.
Xroniki sinuzit zamanı isə sinuzitin səbəbi aradan qaldırılmalıdr. Bu, cərrahi yolla həll edilir və riskli bir əməliyyat sayılmır. Xəstə özü evdə burnunu duzlu su, ya da buxarla təmizləməli, burun damlalarıyla burnun açıq qalmasını təmin etməlidir. Sinuzitdən qorunmaq üçün soyuqdəymədən qorunmaq lazımdır. Saçları isladıb soyuq havaya çıxmaq da sinuzitə səbəb olur. Havanın çirkli, tüstülü olması, kondisionerli mühitlərdə uzun müddət qalmaq, xüsusilə isti havalarda tərlədikdən sonra sərinləmək üçün ventilyatorun qabağına keçmək sinuzitə yol açır.
Sinuzit öldürücü olmasa da, xəstəni elə yorur ki, insan bu xəstəliklə mübarizə aparmağa gücsüz olur. Bu xəstəliyə yaxalanmamaq qeyri-mümkündür. Amma qorunmaq hamının öz əlindədir. T.Əhmədovun sözlərinə görə, sinuzitdən qorunmaq üçün soyuq havalarda ağız, burun və alın nahiyələri bağlı olmalıdır: "Çünki nəfəs alma zamanı soyuq hava kütləsi sinusları vurur. Əgər sinuzitə yaxalanmısınızsa, o zaman həkim müayinəsindən sonra çobanyastığı, kartof qabığı dəmləmələri ilə buxar təmizləmələri həyata keçirin. Bəzən xəstəyə deyirik ki, üzünüzü buxara verin. Xəstə üzünü buxara verdikdən sonra çıxıb harasa gedir, bu da sinuzitin ağırlaşmasına səbəb olur. Bir daha qeyd edirəm ki, buxar vannasını yatmamışdan əvvəl qəbul etmək lazımdır. Yoxsa əks təsirləri qaçılmazdır".
Həkim bildirir ki, qaymorit sinuzitin bir növüdür. Və eyni qorunma üsulu ilə bu xəstəliyin də qarşısını almaq mümkündür. Sadəcə olaraq, qaymorit zamanı iltihab üst dodağın üzərinə və çənə boşluğuna yığılır ki, bu da vaxtında müalicə edilmədiyi təqdirdə əməliyyatla təmizlənməli olur.
Ekspress.az
Sağlamlıq
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Qaymorit nədən əmələ gəlir?
14 Dekabr 2013 11:35
19 Şərh
Baxış: 80 139
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
DİGƏR XƏBƏRLƏR
-
Yatmazdan əvvəl edilən bu vərdiş böyrəkləri sıradan çıxarır
-
Mandalin qabığı çayı nədir? - Faydaları və hazırlanma qaydası
-
Səhərlər isti su içmək həqiqətən sağlamlığa faydalıdırmı?
-
Çay və qəhvə ilə dərman içmək niyə olmaz?
-
40 yaşdan yuxarı şəxslərdə böyrəklərin yükünü azaldan faydalı qidalar
-
Asqırmağı saxlamaq təhlükəlidir - Həkimdən xəbərdarlıq
XƏBƏR LENTİ
-
Yatmazdan əvvəl edilən bu vərdiş böyrəkləri sıradan çıxarır
-
Yardımlıda işıq olmayacaq
-
İranda yüksək vəzifəli şəxsin evi bombalandı, özü ağır yaralandı
-
“Eşref Rüya”nın aktyoru vəfat etdi - FOTO
-
Türkiyə mətbəxindən qozlu acuka resepti
-
Türkiyənin vitse-prezidenti Azərbaycana gəlib - FOTO
-
Xameneinin vəziyyəti açıqlandı
-
Pezeşkian ABŞ xalqına məktub ünvanladı
-
Şanlı aprel zəfərindən 10 il ötür
-
Mandalin qabığı çayı nədir? - Faydaları və hazırlanma qaydası
-
Günün qoroskopu: Köhnə borcları qaydaya salaraq irəli gedə bilərsiniz
-
Yapon cütlüklər ayrı yatırlar: Sən demə, səbəbi bu imiş
-
Gecə zehni susmayan 5 bürc
-
Bu yolda sürət həddi endirildi - FOTO
-
Dünyanın ən nəzakətli ölkələri açıqlandı - siyahı
-
"Nə məcburdur ki, bu statistikanı açıqlayırsınız?"
-
Toral qızına ad günü edir - VİDEO - FOTO
-
Azərbaycanda bu şəxslərin maaşı 35 faiz artacaq
-
Bu ölkədə nağd pulla bağlı xəbərdarlıq: Artıq məcburi olacaq
-
Səkkizmərtəbəli bina nəhəng yolun ortasında tək qaldı
-
"Bayern Münhen"in ulduzu" Real Madrid"lə oyunu buraxa bilər
-
Səhərlər isti su içmək həqiqətən sağlamlığa faydalıdırmı?
-
Kartof qızardarkən yağ çəkməməsi üçün nə etməli?
-
Sarkisyanın partiyası parlament seçkilərində iştirak etməyəcək





