Əvvəllər sellofan torbalardan istifadə bugünkü kimi geniş yayılmamışdı. Çox vaxt qənaətcil qadınlar bu cür torbaları yuyur, təmizləyir və təkrar istifadə edirdilər. Bu gün isə bəlkə də hər evdə bu cür torbalardan kifayət qədərdir. Bu torbalardan isə müxtəlif məqsədlərlə istifadə edirlər. Kimisi qida, dərman saxlayır, kimisi isə içinə zibil yığır. Mütəxəssislər bildirirlər ki, hər gün məişətdə istifadə etdiyimiz, eləcə də istənilən market və ticarət obyektlərində əvəzsiz olan sellofan paketlər sağlamlığımız üçün olduqca zərərlidir.
Paytaxtda fəaliyyət göstərən super marketlərdən birinin satıcısı Fuad Vəliyevin sözlərinə görə, alıcılar özləri malları sellofan torbaya qoymağı tələb edirlər. Dediyinə görə, ümumiyyətlə, sellofan qablaşdırmada olan ərzaqlar alıcıları daha çox cəlb edir. "Belə ki, sellofanın üzərində rəngli reklam şəkilləri və mala aid müəyyən yazılar verilir".
İstehlakçı Xədicə Ələkbərova isə hesab edir ki, sellofan paketlərdə ərzaq saxlamaq çox rahatdır: "Bu cür paketlərdə ərzaq daha təmiz qalır. Sellofan paket ərzağı ətraf mühitin mənfi təsirindən qoruyur, ərzaq təmiz qalır".
Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynovun sözlərinə görə, sellofan torbalar pulsuzdur: "Sellofan torbaların pulsuz olması bir tərəfdən istehlakçılara xeyirdi. Digər tərəfdən isə bu, ətraf mühitin intensiv çirklənməsinə, istehlakçıların tədricən zəhərlənməsinə gətirib çıxarır" deyən AİB sədri əhalini belə torbalardan az istifadə etməyə çağırır. Onun dediyinə görə, 8 ay əvvəl İqtisadi İnkişaf Nazirliyinin yanında qablaşdırmaya dair ayrıca komissiya yaradılıb.
Hüseynov bildirib ki, sellofan paketlər, təhlükəli streç-filinlərin əksəriyyəti polivenil xlordan hazırlanır: "Onlar hətta 50-40 ildə torpaqda həll olmur və ətraf mühiti çirkləndirir. İnsanlar da təbii ki, bundan zəhərlənməyə məruz qalırlar".
Həmsöhbətimizin bildirdiyinə görə, bir sıra ölkələrdə sellafon torbaların istifadəsindən imtina edilsə də, Azərbaycanda bu hələ də qalmaqdadır.
AİB sədri deyib ki, kağız və parça torbaların istehsalı baha başa gəldiyindən ticarət obyektləri sellofan qablaşdırmaya üstünlük verir. Polietilen torbalar orqanizm üçün zərərlidir: "Polietilen torbaların təkrar istifadəsi qadağan olunsa da, bəzi şirkətlər istifadə olunan paketləri toplayaraq onlardan təkrar istifadə edir".
Qara rəngli sellofan torbaların daha təhlükəli olduğunu deyən müsahibimiz bu cür torbalarda qida saxlamağı məsləhət görmür: "Qara və digər rəngli torbalar zibillərin təkrar emalından alınır. Zibilin əridilməsi nəticəsində əldə olunan plastik rənglənir və ondan müxtəlif ölçüdə torbalar hazırlanır. Bəzi torbaların rəngi asanlıqla insanın əlinə və torbada saxlanılan ərzağa da keçir. Ərzaq vasitəsilə isə orqanizmə daxil olur".
Şəffaf torbalar isə çox nazik olduğundan içərisinə isti çörək və ya digər isti ərzaq qoyduqda əriyir, qırışır və ərzaqla reaksiyaya girir. AİB sədrinin sözlərinə görə, ucuz başa gəldiyi üçün insanlar sellofanlarda ərzaqlarını daşımağa üstünlük versələr də, bu insan orqanizmi üçün zərərlidir.
E.Hüseynov vurğulayıb ki, bu torbalardan imtina etmək üçün gərək onların alternativi olsun: "Təəssüf ki, Azərbaycanda alternativ paket istehsalı ilə məşğul olan müəssisələr yoxdur".
Həkim Orxan Həsənov isə hesab edir ki, sellofan qablaşdırma, daha çox üzərində verilən rəngli reklamlar və yazılara, ümumiyyətlə rənginə görə daha zərərli olur: "Belə ki, rəng ərzaqlara da keçə bilər. Bununla yanaşı sellofan qablaşdırmada istifadə olunan yapışqan da tərkibindəki kimyəvi maddələrə görə təhlükəlidir. Sellofan tərkibindəki bakteriyalara görə də səhhətimizə ziyan vurur" deyən Həsənov əlavə edib ki, nisbətən təhlükəsiz plastik qablaşdırma isə polietilen hesab olunur: "Lakin polietilenin də tərkibində toksik maddələr var. Bu cür materialla əlaqədə olan qida isə ciyərə mənfi təsir göstərir. Bu səbəbdən də yaxşı olar ki, ərzağı qida saxlamaq üçün nəzərdə tutulan polietilen paketlərdə saxlasınlar. Belə ki, bu cür paketlərdə toksik maddələr minimal dərəcədədir".
Ekoloq Samir Qafarov isə bildirib ki, sellofan paketlər ətraf mühiti çirkləndirir: "Bu cür paketlər 60 ildən sonra çürüməyə başlayır. Statistikaya görə isə iri şəhər sakinlərindən hər biri hər ay təxminən 24 sellofan paket istifadə edir. Bu paketlər birdəfəlik istifadə üçün nəzərdə tutulduğuna görə tez-tez zibilliyə atılır. Onların yandırılması zamanı isə havaya zərərli maddələr xaric olunur. Külək vasitəsilə ətrafa yayılan zərərli maddələr isə sağlamlığımıza zərər verir".
Ekspress.az
Sağlamlıq
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Sellofan torbalar sağlamlığımıza ziyandır
5 Sentyabr 2013 17:34
0 Şərh
Baxış: 9 238

DİGƏR XƏBƏRLƏR
-
Bu əlamətləri nəzərə almadı, 15 ay sonra bağırsaq xərçəngindən öldü
-
Süni intellekt sayəsində hamilə qaldı
-
Kondisionerlər insan səhhəti üçün hansı fəsadlar yarada bilər?
-
Qarpızdan zəhərlənməmək üçün nələrə diqqət etmək lazımdır?
-
Uşaqlarda dəri yanması riski: Xərçəngə səbəb olur
-
Bu qidaları birlikdə YEMƏYİN – Ekspertdən xəbərdarlıq
XƏBƏR LENTİ
-
Hibrid müharibələrin kölgəsində sülh: xaosu kim idarə edir?
-
Azərbaycanda internet bağlantısının dayanıqlılığı və informasiya təhlükəsizliyi təmin olunur
-
Konstitusiya Məhkəməsinə dörd yeni hakim təyin olunub
-
Xalq artistinin dəbdəbəli bağ evindən VİDEO yayıldı
-
Bakıda küçələrdə "kahinlər" peyda olub - İnsanları terapiya edirlər - VİDEO
-
Türkiyənin bu təklifi erməniləri dəli elədi
-
Su Təchizatı Xidmətinin nümayəndələri ilə Səbail sakinlərinin görüşü keçirilib - FOTO
-
Bu əlamətləri nəzərə almadı, 15 ay sonra bağırsaq xərçəngindən öldü
-
Kamaləddin Qafarov: “Özbəkistan bizim üçün dost və qardaş ölkədir”
-
İlham Əliyev: ABŞ Azərbaycanın uzun illərdən bəri enerji sahəsində sadiq tərəfdaşıdır
-
Direktor yük maşınının altında qalıb öldü - TƏFƏRRÜAT
-
Prezident İlham Əliyev Donald Trampı təbrik edib
-
Türkiyədəki yanğınlarda 2 nəfər öldü - FOTOlar
-
Süni intellekt sayəsində hamilə qaldı
-
Emin Əbilov bu komandaya baş məşqçi təyin edildi
-
Əməkdar artist: “10 yaşımdan alverlə məşğul olmuşam”
-
Jotadan sonra daha bir futbolçu qəza törətdi, bacısı öldü - FOTO
-
Prezident ECO-nun Zirvə görüşünün iştirakçılarının Ağdama səfərindən paylaşım edib - VİDEO
-
Avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ – Bu maşınlar BAHALAŞACAQ
-
Azərbaycanın tanınmış musiqiçisi vəfat etdi - FOTO
-
İran Prezidenti Məsud Pezeşkian Azərbaycana səfərə gəlib - FOTO
-
Bakı Asiyanı Avropa ilə birləşdirir
-
Tacikistan Prezidenti Azərbaycana səfərə gəlib
-
Professorun oğlu faciəli şəkildə öldü - FOTO