Sadə görünür, amma təhlükəlidir - Diş əti qanaması nəyin xəbəridir?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Diş əti qanaması əksər hallarda diqqətdən kənarda qalsa da, bu hal ciddi sistem xəstəliklərinin erkən əlaməti ola bilər".
Milli.Az xəbər verir ki, bunu türkiyəli ağız, diş və çənə cərrahı Ümit Selçuk deyib.
Onun sözlərinə görə, diş əti xəstəlikləri erkən mərhələdə aşkar olunmadıqda irəliləyərək diş itkisinə səbəb ola bilər:
"Diş fırçalayarkən və ya öz-özünə baş verən qanamalar sağlam ağız üçün normal sayılmır. Bu, çox vaxt diş əti xəstəliklərinin ilk siqnalıdır. Sadə bir qanama kimi görünən bu vəziyyət əslində altda yatan iltihabi prosesin göstəricisidir. Vaxtında müdaxilə edilməzsə, sümük itkisi və diş itkisi qaçılmaz ola bilər".
Qeyd edib ki, ağız sağlamlığı ümumi sağlamlıqla birbaşa əlaqəlidir. Xüsusilə şəkərli diabet xəstələrində diş əti problemlərinin daha sürətlə inkişaf etdiyini bildirib.
Bildirib ki, periodontal xəstəliklər diabet, ürək-damar və bəzi tənəffüs yolu xəstəlikləri ilə əlaqəlidir.
"Ağız boşluğundakı xroniki infeksiyalar orqanizmdə iltihabı artıraraq ümumi sağlamlığa mənfi təsir göstərə bilər. Ağız sağlamlığı ümumi sağlamlığın güzgüsüdür və buna görə də laqeyd yanaşılmamalıdır", - deyə əlavə edib.
Gündə ən azı iki dəfə düzgün texnika ilə dişlərin fırçalanmasını, diş ipindən istifadəni və ağız baxımı qaydalarına riayət olunmasını tövsiyə edib.
O, həmçinin vurğulayıb ki, ağız və diş sağlamlığının qorunmasında mütəmadi stomatoloji müayinələr mühüm rol oynayır:
"İldə ən azı iki dəfə diş həkimi müayinəsi xəstəliklərin erkən mərhələdə aşkarlanmasına imkan verir. Bu da həm müalicəni asanlaşdırır, həm də daha ciddi problemlərin qarşısını alır".
Mina Mikayılova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Bu yanacaqdoldurma məntəqəsində təhlükəsizlik qaydaları pozulub - Bağlandı
-
Eduard Məmmədov Avropa çempionu oldu, Fuad Zeynalov finalda uduzdu - (Foto)
-
Fransa ilə oyun öncəsi Türkiyə millisində ciddi itki
-
Paytaxt rayonlarında qışa hazırlıqla bağlı müşavirələr keçirilir - (Foto)
-
Qvardiolanın yeni iş yeri bəlli oldu
-
Xəzər mənzərəli irimiqyaslı “Caspi Yards” layihəsi və 44 mərtəbəli “Zəfər Qülləsi” təqdim olunub - (Video/Foto)
-
Yunus Oğuzun “Qara Yusif” romanı çapdan çıxdı
-
Rusiya ordusu Ukraynada daha iki yaşayış məntəqəsini ələ keçirdi
-
Stilist Anarın Bülent Ersoyla təyyarədəki görüntüsü gündəm oldu - (Video)
-
Qriqori Lepsin keçmiş sevgilisi azərbaycanlı iş adamı ilə evlənir: Nazir müavininin oğludur - (Foto)
-
Məktəb müəllimi universitet müəllimindən daha çox maaş alır - Deputat
-
Kolett Kressi Nvidia-nın müvəqqəti baş direktoru təyin edildi
-
Fəxriyyə Xələfova: "Falçı yanında olmuşam"
-
Rumıniyada kimya kompleksində xlor sızması baş verib, 260 nəfər təxliyə edilib
-
"Neftçi" və "Qarabağ"ın oyunlarının vaxtı bəlli oldu
-
Gələn il bu müavinətlər artırılacaq
-
Media və Yayım Şurası Azərbaycan-Ermənistan sərhədi ilə bağlı yayılan fotolara etiraz edib
-
Ayın 13-də 22 dərəcə isti olacaq - Proqnoz
-
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan üç bəyanatına qoşulmadı - XİN
-
Afət Fərmanqızı it və pişiyinə baxıcı axtarır - Maaş hamını təəccübləndirdi
-
Kuryer motosikletlə məktəblini vurdu - Anbaan video
-
Bağça müəllimləri üçün sertifikatlaşdırma başlayır
-
Azərbaycanda qadın sahibkarların sayı açıqlandı
-
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun mətbuat katibinin maşını partladıldı





