Sağlamlıq

Yatmazdan əvvəl zeytun yağı və limon "shot"u içməyin möcüzəvi təsirləri

12 Fevral 2026 23:17
Baxış: 421
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sağlam qidalanma mütəxəssislərinin və məşhurların tez-tez tövsiyə etdiyi zeytun yağı-limon qarışığı, sadəcə salat sousu deyil, həm də güclü bir detoks vasitəsidir. Yatmazdan əvvəl qəbul edilən bir qaşıq zeytun yağı və bir neçə damcı limon suyu gecə boyu bədəninizdə bərpa proseslərini işə salır.

Milli.Az xəbər verir ki, gecə saatları qaraciyərin ən aktiv işlədiyi və bədəni toksinlərdən təmizlədiyi vaxtdır.

Zeytun yağı öd kisəsinin fəaliyyətini stimullaşdırır, limon isə tərkibindəki C vitamini ilə antioksidant dəstəyi verir. Bu ikili qaraciyərin yağlardan və tullantılardan təmizlənməsinə kömək edir.

Əgər səhərlər şişkinlik və ya qəbizlik problemi ilə oyanırsınızsa, bu qarışıq təbii bir xilaskardır.

Zeytun yağı bağırsaq divarlarını yumşaldır və həzmi asanlaşdırır. Limon suyu isə mədə turşusunu balanslaşdıraraq gecə boyu həzm sisteminin rahatlamasını təmin edir.

Daxildən gələn sağlamlıq birbaşa dərinizdə özünü büruzə verir.

Zeytun yağındakı E vitamini və limondakı C vitamini kollagen istehsalını dəstəkləyir. Müntəzəm istifadə zamanı dərinin daha parlaq olduğu, akne problemlərinin azaldığı və saçların canlandığı müşahidə edilir.

Yatmazdan əvvəl qəbul edilən bu qarışıq metabolizmin gecə boyu aktiv qalmasına kömək edir. Bu da uzunmüddətli perspektivdə çəki nəzarətinə müsbət təsir göstərir.

Necə hazırlamalı?

1 xörək qaşığı ekstra bakir (sızma) zeytun yağı

Yarım limonun suyu

Bu iki inqrediyenti kiçik bir stəkanda qarışdırıb yatmazdan 30 dəqiqə əvvəl için.

Hər hansı xroniki xəstəliyiniz (xüsusilə mədə xorası, qastrit və ya öd kisəsi daşı) varsa, bu qarışığı tətbiq etməzdən əvvəl mütləq həkimlə məsləhətləşin.

Lalə Qüdrətova
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.