Sağlamlıq

Qocalmaq istəmirsizsə, bunları bilin

24 Yanvar 2026 12:00
Baxış: 379
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Kəmərləyici dəmrova qarşı peyvənd qocalmanı yavaşlada bilər, çünki o, xroniki iltihabın yaranmasının qarşısını alır.

Milli.Az-ın məlumatına görə, bunu Honkonq Şəhər Universitetinin professoru, virusoloq Petr Lidski "Gazeta.ru"ya açıqlamasında bildirib.

Alimlər göstəriblər ki, yaş artdıqca orqanizmdə xroniki iltihab güclənir və qocalma sürətlənir. Peyvənd isə bu prosesi zəiflədə bilər. Lidski qeyd edib ki, qocalma mürəkkəb proses olduğundan, peyvəndin dəqiq nə qədər təsir göstərdiyini müəyyən etmək çətindir.

Araşdırmalara görə, qrip peyvəndi də yaşlılarda qocalmaya kiçik, ölçülə bilən təsir göstərə bilər, lakin bunun ümumiləşdirilmiş nəticəsi hələ dəqiqləşdirilməyib. 

Asya
Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.