Sağlamlıq

Balıq insulta səbəb ola bilər?

10 Yanvar 2026 07:07
Baxış: 691
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Balıq ürək və ümumi sağlamlıq üçün faydalı hesab edilsə də, mütəxəssislər qızardılmış balığın insult riskini artıra biləcəyini bildirirlər.

Milli.Az xəbər verir ki, Alabama Universitetindən Corc Hovardın rəhbərlik etdiyi amerikalı alimlər bu mövzuda araşdırma aparıblar. Tədqiqat nəticələrinə görə, xüsusilə Alabamada geniş yayılmış yerli qızardılmış balıq növləri ştat əhalisi arasında insult hallarının daha çox qeydə alınmasına səbəb ola bilər.

Alimlər bildiriblər ki, Alabama və bir neçə qonşu ştat "insult kəməri" kimi tanınır. Bu bölgələrdə insultun yayılma tezliyi ABŞ-ın digər ştatları ilə müqayisədə təxminən 30 faiz daha yüksəkdir. Bunun əsas səbəblərindən biri yerli əhalinin həftədə iki dəfə qızardılmış balıq istehlak etməsi ola bilər.

Amerika Ürək Assosiasiyası həftədə ən azı iki dəfə qızardılmamış balıq yeməyi tövsiyə etsə də, Alabama, Arkanzas, Corciya, Luiziana, Missisipi, Şimali və Cənubi Karolina, eləcə də Tennessi ştatlarında yaşayanların bu tövsiyəyə əməl etmə ehtimalının 17 faiz daha az olduğu vurğulanıb.

Tədqiqatda 45 yaşdan yuxarı 21 675 nəfər iştirak edib. Statistikaya əsasən, Alabamada insult göstəricisi hər 100 min nəfərə 125, ölkə üzrə orta göstərici isə 98 nəfərdir. Alimlər qızardılmış balıqla insult arasındakı əlaqənin tam təsdiqi üçün əlavə araşdırmalara ehtiyac olduğunu bildiriblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.