Sağlamlıq

Kakao və isti şokolad təzyiqə necə təsir edir? - Alimlər əsas üstünlükləri açıqladı

5 Yanvar 2026 01:01
Baxış: 959
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İsti kakao yalnız əhval-ruhiyyəni yaxşılaşdırmaqla kifayətlənmir, eyni zamanda ürək sağlamlığını dəstəkləməkdə də faydalıdır. Tədqiqatlar göstərir ki, tərkibində yüksək flavanol olan tünd şokolad və bəzi kakao tozları arterial təzyiqi və xolesterini azaltmağa kömək edə bilər.

Kakaodakı flavanollar qan damarlarını qoruyur

Kakao flavanollarla zəngindir - bu, təbii antioksidant və iltihabəleyhinə təsir göstərən bitki birləşmələridir. Klinik qidalanma üzrə mütəxəssis Annet Durni qeyd edir ki, flavanollar vitamin və minerallar kimi zəruri qida maddələri olmasa da, ürək və qan damarlarının sağlamlığına müsbət təsir göstərə bilər.

Araşdırmalar göstərir ki, tərkibində ən azı 70% kakao quru maddəsi olan tünd şokolad:

ürək sağlamlığını dəstəkləyir,

xolesterin və triqliserid səviyyəsini azaldır,

arterial təzyiqi aşağı salmağa kömək edir.

Başqa bir tədqiqat flavanol tərkibi yüksək olan kakao içkisinin uzun müddət oturmağın qan damarlarına və arterial təzyiqə vurduğu zərərlərin qarşısını ala biləcəyini ortaya qoyub.

Annet Durni əlavə edib ki, bu nəticələr ümidverici olsa da, qoruyucu təsirin müddətini dəqiqləşdirmək üçün əlavə tədqiqatlara ehtiyac var. Həmçinin adi isti şokolad və ya şokolad batonlarının eyni faydaları verib-vermədiyi məlum deyil, çünki onların flavanol tərkibi tədqiqatlarda istifadə olunan məhsullardan fərqlənir.

70% və daha yüksək kakao tərkibi tövsiyə olunur
İsti şokoladdan maksimum fayda üçün tədqiqatçılar ən azı 70% kakao tərkibli məhsulları seçməyi məsləhət görürlər. Florida Universitetinin Qida elmləri üzrə dosenti Canett Andrade qeyd edir ki, insanları 80% kakao tərkibli şokolada alışdırmaq çətindir, çünki onun acı dadı bir çoxlarına xoş gəlmir.

Buna görə bəzi istehsalçılar dadı yumşaltmaq üçün şəkər əlavə edirlər. Lakin şirinləşdirilmiş tünd kakao yüksək flavanol tərkibli şəkərsiz kakao qədər faydalı olmaya bilər. Alimlər xəbərdarlıq edirlər ki, həddindən artıq şəkər qəbulu hipertoniyaya, iltihaba və ürək xəstəlikləri riskinə səbəb ola bilər.

Kənan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.