Sağlamlıq

Saçlarımızı məhv edən 5 vərdiş

2 Yanvar 2026 08:41
Baxış: 406
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Məşhur "Friends" serialındakı "Rachel" obrazının ikonik saç modelinin müəllifi, 40 illik təcrübəyə malik usta Kris Makmillan saç sağlamlığını məhv edən 5 gizli vərdişi açıqlayıb. Gündəlik həyatda fərqinə varmadan etdiyiniz bu səhvlər saçlarınızın cansızlaşmasına və tökülməsinə səbəb olur.

Milli.Az xəbər verir ki, Kris Makmillan bildirir ki, saçlardakı ciddi problemlər çox vaxt böyük xətalardan deyil, vərdiş halına gəlmiş kiçik yanlışlardan qaynaqlanır.

1. Səhv daraq seçimi və sürətli darama
Hər saç tipinin özünəməxsus toxuması var və ona uyğun daraq seçilməlidir.

Təsadüfi bir daraqla saçları tələsik daramaq saç tellərinin qırılmasına səbəb olur.

Saç tipinizi kəşf edin və ona uyğun fırça seçin. Darama prosesi həm də baş dərisində qan dövranını stimullaşdırdığı üçün bu işi zərif hərəkətlərlə görmək lazımdır.

2. Saç yuma tezliyini tənzimləyə bilməmək
Həm çox yumaq, həm də az yumaq saça zərər verir.

Həddindən artıq yumaq: Saç dərisini və telləri qurudur, təbii yağ balansını pozur.

Az yumaq: Saç dərisində çirk və məhsul qalıqlarının yığılmasına, məsamələrin tutulmasına səbəb olur.

Kris Makmillan həftədə 2 və ya 3 dəfə yumağı ideal balans hesab edir.

3. Saç dərisinə baxıma laqeyd yanaşmaq
Saçlar saç dərisindən böyüyür, buna görə də "sağlam saç dərisi = sağlam saç" deməkdir.

İnsanların çoxu yalnız saçın uzunluğuna və uclarına fokuslanır. Lakin saç dərisindəki qıcıqlanma və ya qalıq yığılması saçın elə kökündən keyfiyyətsiz çıxmasına səbəb olur.

4. İstilik qoruyucu istifadə etməmək
Saç qurudan fenlər, düzləşdirici və ya maşalardan qorunmasız istifadə etmək saçı daxildən yandırır.

Kris Makmillan bu vəziyyəti "ipək koftanı xlorlu su ilə yumağa" bənzədir. İstilik tətbiq etməzdən əvvəl mütləq qoruyucu sprey və ya serumlardan istifadə edilməlidir.

5. Lazımi baxım məhsullarından qorxmaq
Bəzi insanlar saçlarının yağlanacağından və ya ağırlaşacağından qorxaraq baxım vasitələrindən imtina edirlər.

Düzgün seçilmiş məhsullar saça parlaqlıq verir, onu ətraf mühitin mənfi təsirlərindən və istilikdən qoruyur. Məhsuldan qaçmaq deyil, saç tipinə uyğun olanı tapmaq vacibdir.

Bu vərdişləri dəyişdirməklə cəmi bir neçə həftə ərzində saçlarınızdakı müsbət fərqi görə bilərsiniz.

Lalə Qüdrətova
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.