Alimlərdən çox ətir iyləyənlərə BƏD XƏBƏR - Təhlükəli imiş
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Dünya alimləri tez-tez və uzun müddət ətir qoxularına məruz qalmağın insan sağlamlığına ciddi ziyan vura biləcəyi barədə xəbərdarlıq ediblər. Mütəxəssislər bildirirlər ki, parfümlərin tərkibindəki bəzi kimyəvi maddələr həm sinir, həm də tənəffüs sistemi üçün təhlükə yaradır.
Milli.Az xəbər verir ki, Harvard Tibb Məktəbinin apardığı araşdırmalara əsasən, sintetik ətirlərdəki uçucu birləşmələri beyin funksiyalarını zəiflədir, yaddaş problemlərinə və konsentrasiya çətinliklərinə səbəb olur.
Bu maddələr eyni zamanda xroniki yorğunluq və baş ağrılarına yol aça bilər.
Dünya Səhiyyə Təşkilatı və Kanada Sağlamlıq Təşkilatı qeyd edir ki, parfüm qoxuları bronxial qıcıqlanma, astma tutmaları və uzunmüddətli nəfəs alma problemlərinə səbəb ola bilər. Qapalı məkanlarda bu təsirlər daha da güclənir.
Bununla yanaşı, Avropa Kimyəvi Agentliyinin (ECHA) yaydığı məlumatda bəzi ətirlərdə istifadə olunan ftalat və sintetik musk kimi maddələrin insanın hormonal balansını poza biləcəyi qeyd olunub. Bu isə reproduktiv sağlamlığa mənfi təsir göstərir.
Xüsusilə uşaqlar və körpələr üçün bu risk daha yüksəkdir. Amerika Pediatriya Akademiyası bildirir ki, güclü qoxulu ətirlər uşaqlarda yuxusuzluq, narahatlıq və hətta nəfəs tutmaları kimi hallar törədə bilər.
Alimlər insanları bu maddələrə qarşı daha diqqətli olmağa çağırır və ətir istifadəsində təbii və dermatoloji cəhətdən test edilmiş məhsullara üstünlük verilməsini tövsiyə edirlər. Həmçinin uzunmüddətli qapalı qoxulu mühitlərdən uzaq durmaq və otaqları tez-tez havalandırmaq məsləhət görülür.
Tanınmış əttar və parfümeriya mütəxəssisi Türkan Alixanovanın sözlərinə görə, insanlar ətir seçərkən onun təbii tərkibli olmasına diqqət yetirməlidir:
"Ətir istifadə edərkən əsas məqsəd həm zövq almaq, həm də sağlamlıqdır. Lakin bazarda çoxlu sayda sintetik maddələrlə zəngin, bədənə və nəfəs yollarına zərər verən məhsullar mövcuddur. İnsanlar ətir seçərkən onun təbii tərkibli olmasına, allergik reaksiyalara səbəb olmamasına diqqət etməlidir. Xüsusilə çox ətir iyləmək, qoxu orqanlarını yormaqla yanaşı, bəzən ürəkbulanma, baş ağrısı və hətta yuxu pozuntularına səbəb ola bilər. Təbiilik və sadəlik ən yaxşı seçimdir. Hər zaman az, amma keyfiyyətli istifadə etmək məsləhətdir".
Kənan
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)
-
Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur
-
Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa...
-
Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?
-
Bu qidaları dərmanlarla birlikdə qəbul etmək olmaz
-
Mədəsi ağrıyanların nəzərinə
XƏBƏR LENTİ
-
Bakıda qadına qarşı cinsi zorakılıq edən şəxsin (Fotosu)
-
REAL TV əməkdaşlarına qarşı kütləvi azğınlıqda iştirak edənlərin hər biri öz layiqli cəzasını alacaq - Mir Şahin Ağayev
-
Bağça direktorunun azyaşlıya qarşı zorakılıq etdiyi deyilir - (Video)
-
Efirə brilyantla gəldi - Fatiməyə “görməmiş” dedilər - (Video)
-
BDU-da vəzifədə olan Ramiz Mehdiyevin qızı: "Vaxtımız yoxdur"
-
Faciəvi şəkildə ölən 7-ci sinif şagirdinin məktəb yoldaşları danışdılar - (Video)
-
Buraxılış və qəbul imtahanları elektron keçiriləcək? – DİM-dən açıqlama
-
Tarixin ən yaxşı "Qızıl Top" qalibi açıqlandı
-
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verib
-
Bakıda məktəbdə çəkiliş edən media nümayəndələri zorakılığa məruz qalıb, saxlanılanlar var - (Video)
-
Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası da faciəli şəkildə ölübmüş
-
Sabah Ağdaşda qaz olmayacaq
-
Xankəndidə MDB-nin antiinhisar məsələləri üzrə iclası keçirilib - (Foto)
-
Bakıda “The World of Adrenaline” beynəlxalq sirk proqramı təqdim olunur - (Foto)
-
Azərbaycanda hotel sektorunda nə baş verir?
-
"Həyat yoldaşım iki ev arasında qalıb" - Nadir Qafarzadə
-
Azərbaycanla NATO hərbi əməkdaşlığın inkişafını müzakirə edib - (Foto/Video)
-
Pərviz Abubəkirov işdən çıxarıldı
-
Azərbaycanda ailələr niyə dağılır?
-
Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığa dair növbəti saziş imzalanıb - (Foto)
-
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
-
Bakıda iki ərazidə hərəkət məhdudlaşdırılacaq
-
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ICESCO-nun “Sülh kitabı”nın Azərbaycana həsr edilən III nəşrinin təqdimatında iştirak edib - (Foto)
-
Azərbaycan XİN İspaniyaya başsağlığı verib





