Sağlamlıq

Möcüzəvi məhsul, yoxsa sadəcə dəb? - Təmizləyici yağ haqqında BİLMƏDİKLƏRİNİZ

24 Aprel 2025 11:00
Baxış: 489
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Təmizləyici yağ son zamanlar dərini təmizləmək üçün populyar bir məhsula çevrilib. Bəziləri onun kir və makiyajı asanlıqla həll etmə qabiliyyətinə görə effektiv olduğunu düşünür. Bəs bu, həqiqətən belədir?

Milli.Az xəbər verir ki, ukraynalı dermatoloq və kosmetoloq Dariia Tishçenko bu məhsulla bağlı həqiqətləri açıqlayır.

Təmizləyici yağ nədir?

Təmizləyici yağ dəridəki makiyajı, kiri, artıq yağı və digər çirkləri təmizləmək üçün hazırlanmış bir məhsuldur.

Bu məhsul su ilə təmasda olduqda süd rəngli emulsiyaya çevrilir və bu da onun dəridən asanlıqla yuyulmasına imkan verir - arxasında yağlı təbəqə saxlamır.

Tərkibindəki yağlar dərinin dərinliklərinə nüfuz edə bildiyi üçün təmizləmə ilə yanaşı nəmləndirmə funksiyası da yerinə yetirir. Bu səbəbdən, təmizləyici yağlar bütün dəri tipləri, o cümlədən həssas və quru dərilər üçün uyğun hesab olunur və dərinin təbii nəm balansını qorumağa kömək edir.

Bəs bu məhsul məsamələri həqiqətən təmizləyirmi?

Kosmetoloq Dariia Tishçenko isə bu məsələdə tamamilə fərqli düşünür. Onun fikrincə, istənilən dəri tipi, xüsusilə qarışıq və yağlı dərilər üçün yağ əsaslı məhsulların istifadəsi yolverilməzdir.

"O yağdır və əksinə, məsamələri tıxaya bilər. O, piy və ya qara nöqtələri təmizləmir. Qara nöqtələrdən qurtulmaq üçün evdə peşəkar qulluq və vaxtaşırı pilinqlər etmək vacibdir", - deyə o bildirir.

Mütəxəssis əlavə edir ki, bir dəfə edilən kosmetik təmizləmə istənilən nəticəni verməyəcək. Çünki məsamələrin tam şəkildə təmizlənməsi bir dəfəlik prosedura ilə mümkün deyil.

"İlk növbədə piy vəzilərinin fəaliyyətini tənzimləmək, daha sonra isə bu nəticəni qoruyub saxlamaq lazımdır", - deyə Tishçenko vurğulayır.

"Sızanaqları sıxmayın, yapışqanlı burun bantlarından və təmizləyici yağlardan istifadə etməyin. Bu təhlükəlidir və xoşagəlməz nəticələrə səbəb ola bilər", - deyə mütəxəssis əlavə edib.

Kənan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.