Sağlamlıq

Kürən, sarışın, yoxsa qaraşın? – Xərçəngə ən çox meyilli olan rəng tipi

17 Aprel 2025 10:05
Baxış: 1 971
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dəri rəngi və saç tonunun xərçəng riski ilə əlaqəsi olub-olmaması uzun müddətdir tibb sahəsində maraq doğuran mövzulardan biridir. Dermatoloqlar bu sualı aydınlaşdırmaq üçün geniş müşahidələr aparıblar və nəticələr bir daha sübut edib ki, bədənimizin rəng çalarları sağlamlığımızla birbaşa əlaqəlidir.

Milli.Az xəbər verir ki, mütəxəssislər bildirir ki, kürən və sarışın saçlı, açıq dərili insanlar günəşin zərərli ultrabənövşəyi (UV) şüalarına qarşı daha həssas olurlar. Bu da onların dəri xərçəngi, xüsusilə melanom inkişaf etdirmə riskini artırır. Açıq dərili insanlarda dəridə piqmentin - melanin miqdarı az olduğundan, günəş şüalarının dərinin dərin qatlarına təsiri daha güclü olur.

Əksinə, qaraşın və tünd dərili şəxslər melanin baxımından daha zəngin olduqları üçün dəriləri UV şüalarından daha yaxşı qorunur. Bu, onların bəzi dəri xərçəngi növlərinə qarşı nisbətən daha az həssas olduqlarını göstərir. Lakin bu, onların tam təhlükəsiz olduğu anlamına gəlmir.

Günəşdən qorunmaq hər kəs üçün vacibdir

Həkimlər vurğulayır ki, dəri rəngindən asılı olmayaraq günəş qoruyucu kremlərdən istifadə, birbaşa günəş şüasından uzaq durmaq və dəridəki dəyişiklikləri izləmək hər kəs üçün vacibdir. Erkən diaqnoz, xüsusilə də melanomanın vaxtında aşkarlanması, müalicənin uğurla nəticələnməsində əsas rol oynayır.

Beləliklə, günəşli havalarda dəri tipindən asılı olmayaraq diqqətli olmaq tövsiyə olunur. Xüsusilə də kürən və sarışın şəxslər bu məsələdə daha çox risk altında olduqlarını unutmamalıdırlar.

Fidan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.