Sağlamlıq

Evdən çıxanda çimmək yaxşıdır, yoxsa yatmazdan əvvəl? - Həkimdən xəbərdarlıq

30 Mart 2025 08:24
Baxış: 1 220
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bir çox insan səhər evdən çıxmazdan əvvəl duş qəbul etməyi üstün tutur. Mütəxəssislər isə bu mövzuda xəbərdarlıq edir.

Milli.Az xəbər verir ki, bir qisim insan yatmazadan əvvəl duş qəbul etməyə üstünlük verir. Həkimlər hesab edir ki, axşam evə gəldikdən sonra çimmək sağlamlıq baxımından daha faydalıdır.

Bu barədə həkim Araqona Cüzeppe "Glamour"a danışıb. 

"Gecə duşlarının əsas faydası odur ki, gün ərzində bədəniniz və saçınız havada olan allergenləri və qıcıqlandırıcıları, xüsusən də yay aylarında polen, kimyəvi maddələri və tərdən qaynaqlanan kir və bakteriyaları toplaya bilər. Buna görə də çimmədən yatmağa getsəniz, bütün bunlar yatağınıza və pastellərinizə keçəcək. Bu, sadəcə çirkli pastel dəstlərinizi və gecə allergenlərini  təhrik etməklə kifayətlənməyəcək, eyni zamanda aşınmış  və quru dəriyə səbəb olacaq. Bundan əlavə, çirklənmiş pastellər və yastıq üzlərinin də səbəb olduğu yağ və çirk üzdə sızanaq yarada bilər".

Mütəxəssislər hesab edirlər ki, axşam duş qəbul etmək təmizlik və yaxşı yuxu üçün daha faydalıdır. Xüsusilə soyuq duşların daha yaxşı yatmağınıza kömək edəcəyi bildirilir. Bu səbəbdən yatmadan yarım saat və ya bir saat əvvəl nisbətən soyuq duşun daha faydalı olduğu deyilir. (Ölkə.Az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.