Sağlamlıq

Boğaz ağrısından xilas edən effektiv ÜSUL

24 Mart 2025 04:04
Baxış: 1 286
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Boğazda güclü ağrı hiss edənlərə ketoprofenin lizin duzu məhlulu ilə qarqara etmək məsləhətdir".

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə rusiyalı praktik həkim və teleaparıcı Aleksandr Myasnikov boğaz ağrısı ilə mübarizənin effektiv üsulunu açıqlayarkən deyib.

Onun sözlərinə görə, bu vasitə tez təsir göstərir və xoşagəlməz simptomdan səkkiz saat ərzində xilas edir.

Boğaz ağrısı ilə mübarizədə kömək edən digər vasitə kimi Myasnikov benzidamini qeyd edib. Lakin həkim vurğulayıb ki, bu vasitə ilə ketoprofenin lizin duzuna nisbətən daha tez-tez qarqara etmək lazımdır, çünki onun təsiri cəmi iki saat davam edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.