Sağlamlıq

Ailəsində prostat xərçəngi olan kişilərə xəbərdarlıq

9 Mart 2025 13:57
Baxış: 720
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Uroloq Prof. Dr. Bülent Akduman ailəsində prostat xərçəngi olan 40 yaşdan yuxarı kişilərin müayinədən keçmələrinin vacib olduğunu bildirib.

Milli.Az e-saglam.az-a istinadən xəbər verir ki, o, erkən diaqnozun həyat qurtardığını vurğulayaraq, heç bir əlamət olmasa belə mütəmadi yoxlanışın önəmli olduğunu qeyd edib.

Prostat xərçəngi 50 yaşdan yuxarı kişilər arasında ən çox rast gəlinən xərçəng növüdür və ağciyər xərçəngindən sonra ikinci ən ölümcül xərçəng hesab olunur. Diaqnoz üçün əvvəlcə PSA adlı qan testi aparılır, sonra isə prostat müayinəsi edilir. Akduman müayinənin sadə və ağrısız olduğunu, qorxmadan müraciət etməyin vacib olduğunu deyib.

Hər 6 kişidən 1-nin prostat xərçəngi riski daşıdığını bildirən mütəxəssis, gecə tez-tez sidiyə qalxma, sümük ağrıları və böyrək funksiyalarında pozulmanın mümkün əlamətlərdən olduğunu bildirib. Erkən mərhələdə diaqnoz qoyularsa, müalicə tam mümkündür.

Prof. Dr. Akduman prostat xərçəngindən qorunmaq üçün xüsusi bir pəhriz və ya dərmanların təsdiqlənmiş qoruyucu təsirinin olmadığını, əsas önlemin müntəzəm müayinə olduğunu qeyd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.