Sağlamlıq

Hamiləlik və doğumdan sonrakı bu xidmətlər sığorta tərəfindən qarşılanır - VİDEO

19 Fevral 2025 00:19
Baxış: 1 207
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Hamiləlik zamanı müşahidə edilən ağırlaşmaların müayinə və müalicəsi icbari tibbi sığorta hesabına aparılır.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən "XəzərXəbər"ə bildirilib ki, ana və uşaq üçün həyati təhlükə yaradan preeklampsiyanın müayinə və stasionar müalicəsi icbari tibbi sığorta təminatındadır.

Stasionar xidmət zamanı dərman, tibbi sərfiyyat və qidalanma da icbari tibbi sığortanın xidmətlər zərfinə daxildir.

Qeyd edək ki, vaxtından əvvəl doğulmuş körpələrin küvəzdə saxlanılması da icbari tibbi sığorta ilə təminata alınıb.

Daha ətraflı videomaterialı təqdim edirik. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.