D vitamini çatışmazlığı hansı xəstəliklərə səbəb olur?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
D vitamini başda sümüklər olmaqla bədənimizin bir çox yerində vacib vəzifələri olan vitamindir.
Milli.Az xəbər verir ki, D vitamini çatışmazlığı və ya azlığı böyüklərdə Osteomalasiya, uşaqlarda isə Raxit xəstəliklərinə səbəb olur.
Həmçinin D vitamini çatışmazlığı ilə demans və demansın ən çox yayılmış forması olan Alzheimer xəstəliyinin inkişaf riski artırır.
D vitamini çatışmazlığın qabağını almaq üçün günəşlənmək və D vitamini tərkibli qidalar qəbul etmək lazımdır. Ama bütün tədbirlərə baxmayaraq bir sıra ölkələrdə və qocalarda D vitamini çatızmazlığı ciddi sağlıq problemlərinə yol açır.
D vitamini nədir?
D vitamini yağda həll olan vitamindir və bədənimizdə aşağıdakı funksiyaları yerinə yetirir:
Gidayla qəbul edilən kalsiy və fosforun bağırsaqlardan sorulmasını təmin edir;
Sümük əriməsinə yol açan parathormonun artıq sekresiyasının qabağını alır;
Bədəndə kalsiy və fosfor tarazlığını təmin edir;
İmmun sistemə müsbət təsir göstərir;
Hipertenziya, ürək xəstəlikləri, bəzi onkoloji və autoimmun xəstəliklərə qarşı qoruyucu effekti var.
D vitaminin təbii qaynaqları
D vitamini günəş ışıqları təsiri altında dəridə əmələ gəlir. Əgər Siz hər gün qollarınız, ayaqlarınızı və üzünüzü örtülməmiş vəziyyətdə 20 dəqiqə günəşin altında saxlasanız, Siz günlük D vitamini dozanızı almısız deməkdir. Lazimi günəş işığının miqdarı insanin dəri rəngindən, yaşından, günəşlənmə müddəti (20 dəqiqədən az və ya çox) və varsa başqa tibbi problemlərə görə dəyişir.
D vitaminin dəridə əmələ gəlməsi yaşla azalır. Tünd dərililərdə isə vitamin D nin dəridə əmələ gəlməsi üçün günəş altında çox qalmasına ehtiyac var, xüsusilə də qış aylarında. Qeyd edək ki, günəş kremləri (SPF faktoru 20 və çox olan) istifadə edənlərdə D vitamini əmələ gəlmir.
Bəzi gidalarda D vitamini təbii olaraq vardır ( yağlı balıqlar, balıq yağı, yumurta, kürü, bəzi göbələk növləri...)
D vitaminin çatışmazlığının səbəbləri
D vitan çatışmazlığının 3 əsas səbəbi var:
Həm günəşlə alınan, həm də gidalarla alınan D vitaminin az olması;
D vitaminin bağırsaqla sorulmasının pozulması;
Qaraciyər və böyrək xəstəliyi olan insalarda, D vitaminin aktiv formasına çevrilməməsi;
Bəzi dərmanlar.
D vitaminini az alma problemi
Körpələr, uşaqlar və yaşlı insanlarda daha çox rast gəlinir. Ana südündə D vitamini çox azdır, hazır mamaların bəziləri D vitamini ilə zənginləşdirilmişdir. Yaşlılar xəstəlikləri ilə bağlı özlərinə gida məhdudiyyəti qoyduqlarından (damar sərtliyi və s.) süd və süd məhsullarından, yağlı balıqdan uzaq durmağa çalışırlar. Bununla birlikdə gida qəbulu normal olsa belə bağırsaqdan D vitaminin sorulması azalmışdır.
Kifayət qədər günəş işığı almama problemi
Körpələrin və uşaqların uzun müddət günəş altında qalmaqları dəri xərçəngi riskini artırdığından həkimlər tərəfindən tövsiyyə edilmir. Kök, tünd dərililər və yetərsiz günəş işığı alanlarda D vitamini yetərsizlik riski var. Qocaldıqca bədəndə D vitamini əmələ gəlməsi və vitamin deposu azalır. Bu vəziyyət qış aylarında və şimal bölgələrində yaşayanlar arasında daha çox görülür. Yay aylarında isə günəş kremlərin istifadəsi D vitaminin dəridə əmələ gəlməsinin qarşısını alır.
D vitaminin sorulmasının qarşısını alan xəstəliklər
Bəzi xəstəliklər D vitaminin bağırsaqdan sorulmasına mane olur. Seliakiya, Kron xəstəliyi və kistik fibroz bu xəstəliklər arasındadır.
Mədə və bağırsaqların bir hissəsi çıxarıldığı zaman və artıq çəki müalicəsində istifadə olunan gastric-bypass əməliyyatından sonra da D vitamini əksikliyi görülə bilər.
Dərmanlar
Kortikosteroidlər (kortizon) kalsiumun sorulmasını və D vitaminin metabozlizmini pozaraq osteoporozun yaranmasına yol aça bilər. Köklük müalicəsində istifadə olunan ornistat və xolesterol tərkibli Xolestiramin D vitaminin bağırsaqlardan sorulmasının qarşısını alır. Epilepsiya müalicəsində istifadə olunan fenobarbital və fenitoin tərkibli dərmanlar D vitaminin qaraciyərdə aktiv formaya çevrilməsinə mane olaraq təsirinin azaldır.
D vitamini çatışmazlığının nəticələri nələrdir?
Qanda kalsium səviyyəsinin aşağı olması (hipokalsemiya)
Qanda fosfor səviyyəsinin aşağı olması (hipofosfatemiya)
Uşaqlarda sümüklərin yumşalması və əyrilməsi ( Raxitizm)
Böyüklərdə sümüklərin yumşalması və əzələ zəifliyi (osteomalasiya)
Sümük kütləsinin azalması və sümük qırılmasının çoxalması (osteoporoz)/ölkə.az
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Aldığımız ətin mənşəyini necə öyrənə bilərik? - (Video)
-
Milçək deyib keçməyin, qidaya qonsa, yeməzdən əvvəl düşünün
-
ABŞ-də yumurtada salmonella epidemiyası tapıldı
-
Alimlər xərçəngi xəstəliyinin müdafiəsi üsulunu kəşf ediblər
-
Hər evdə var, amma bu təsirini çoxları bilmir
-
Gecə yatarkən bunu etməyin - Ürəyiniz üçün təhlükəli ola bilər
XƏBƏR LENTİ
-
Ayan Babakişiyeva qızı ilə obyektiv qarşısına keçdi - (Foto)
-
Günün qoroskopu: Tək qalmağa ehtiyac duyacaqsınız
-
Mbappe sabiq klubuna təzminat ödəyəcək
-
Türkiyədə növbəti əməliyyat - 1600-dən çox adam saxlanıldı
-
“Fənərbaxça” turu 1 xalla başa vurub
-
Röya Əliyevanın üçqat istedadı Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı çərçivəsində təqdim olunub – (Foto)
-
İkardinin yeni ünvanı
-
Zabitə Alıyevanın toyudur - (Foto/Video)
-
"Ağ Şəhər"də ağır qəza: Xəsarət alanlar var - (Foto/Video)
-
"Belə tənqidi hörmətsizlik kimi qəbul edirəm" - Valdas Dambrauskas
-
Bərdədə ağır qəza - 1 nəfər ölüb, xəsarət alanlar var - Yenilənib
-
Zabit Nəbizadənin oğlunun toyudur - (Video)
-
Qızların məktəbdə sırğa taxması qadağan edilir? - Rəsmi açıqlama
-
Proqramlar qayıtdı, Vüsalə Əlizadənin adı çəkilmədi
-
Ukrayna və Rusiya enerji obyektlərinə zərbələr endirməməyə razılaşıb - Tramp
-
İrandan ölkəyə külli miqdarda narkotik keçirmək istədilər
-
“Həmin gün sonuncu dəfə ictimai nəqliyyata mindim” - Faiq Ağayev
-
Tramp: Məğlub İran razılaşma əldə etmək istəyir
-
“Sülh Körpüsü” Təşəbbüsünün Azərbaycan üzrə qrupu Ermənistan mediasının qərəzli mövqeyinə münasibət bildirib
-
“Kurtlar Vadisi”nin ssenaristləri iki saatdan çox ifadə veriblər
-
Sabah Yasamalda qaz olmayacaq
-
İlham Əliyev 500 min dollarlıq mükafatının Qarabağ Dirçəliş Fonduna köçürülməsi ilə bağlı qərar qəbul edib
-
"Barselona"nın ən çox maaş verəcəyi futbolçu - (Foto)
-
"Yeraltı"nda yeni sima - (Foto)





