Sağlamlıq

Məşhur çipsi markası marketlərdən yığışdırılır - Ölüm riski var

30 Yanvar 2025 11:50
Baxış: 1 848
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünyaca məşhur qida markaları ardıcıl geri çağırma qərarları ilə gündəmə gəlir.

Milli.Az xəbər verir ki, "Coca-Cola" məhsullarında yüksək miqdarda xlorat aşkar edilməsindən sonra bu dəfə "Lay's" çipslərində bəyan edilməmiş süd tərkibi aşkar edilib.

Coca-Cola-nın geri çağırma qərarından sonra ABŞ Ərzaq və Dərman Administrasiyası (FDA) Lay's markasının ABŞ bazarı üçün istehsal edilən 350 qramlıq paket çipsində bəyan edilməmiş süd məhsulu aşkar edib. FDA-nın açıqlamasına görə, bu, xüsusilə süd allergiyası olan istehlakçılar üçün ciddi sağlamlıq riski yaradır və hətta ölümcül allergik reaksiyalara səbəb ola bilər.

FDA Lay's çipslərini ən yüksək risk səviyyəsində qiymətləndirib. Məlum olub ki, bu çipslər yalnız Vaşinqton və Oreqon ştatlarında satılıb.

Səlahiyyətlilər istehlakçılara məhsulları istehlak etməməyi və geri qaytarmağı tövsiyə ediblər.

Fidan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.