Sağlamlıq

Uşaqların böyüməsinin qarşısını alan amillər açıqlandı

26 Yanvar 2025 16:25
Baxış: 838
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Uşaqlarda boyun qısa olması təkcə genetik və ya yanlış qidalanma ilə bağlı deyil, bəzi sağlamlıq problemləri və ya gündəlik vərdişlər də bu vəziyyətə səbəb ola bilər.

Milli.Az Baku TV-yə istinadən xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, sağlam qidalanma, yuxu rejimi və müntəzəm fiziki fəaliyyət uşağın böyüməsində ən vacib amillərdir. Bununla yanaşı, genetik potensial və emosional vəziyyət də nəzərə alınmalıdır.

Boy qısalığının bəzi hallarda xroniki xəstəliklərin əlaməti ola biləcəyini vurğulayan ekspertlər uşaqların müayinəsinin sistemli şəkildə aparılmasının vacibliyini bildiriblər. Əgər boy qısalığı çəki itkisi ilə müşahidə olunursa, bu, protein və enerji çatışmazlığı, ya da bağırsaq pozğunluqları kimi problemlərdən qaynaqlana bilər.

Uşaqların qidalanmasında onların yaşına uyğun kalori tələbatını qarşılamaq, balanslı və təbii qidalarla təmin etmək əsas şərtdir. Rafinə olunmuş və balanssız qidalanmadan uzaq durmaq tövsiyə edilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.