Sosial mediada aktiv paylaşımlar edən istifadəçilərin NƏZƏRİNƏ! - 78,2 faiz...
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Massaçusets Ümumi Xəstəxanası və Harvard Tibb Məktəbinin Kəmiyyət Sağlamlığı Mərkəzinin tədqiqatçıları ABŞ-dakı böyüklər arasında sosial media istifadəsi ilə əsəbilik arasındakı əlaqəni təhlil ediblər. Araşdırma, xüsusilə, aktiv paylaşımlar edən istifadəçilərdə sosial mediadan tez-tez istifadənin həddindən artıq əsəbilik, stress ilə əlaqələndirildiyini ortaya qoyub.
Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, əvvəlki tədqiqatlar, əsasən, sosial media istifadəsinin depressiv simptomlarla əlaqəsini araşdırsa da, bu tədqiqat əsəbilik kimi mənfi emosiyalara daha geniş diqqət yetirib. Qəzəb və məyusluq meyilləri kimi təyin olunan əsəbilik, funksional pozğunluqlar, psixi sağlamlıq problemləri ilə əlaqələndirilir.
Araşdırma "JAMA Network Open" jurnalında "ABŞ Yetkinlərində Əsəbilik və Sosial Media İstifadəsi" başlığı ilə dərc olunub. Sorğu 2023-cü il noyabrın 2-də - 2024-cü il yanvarın 8-də həyata keçirilib və 42 min 597 iştirakçının məlumatları təhlil olunub.
Sorğuda sosiodemoqrafik göstəricilər, sosial media istifadəsi və əsəbiliklə bağlı məlumatlar toplanıb. İştirakçılar əsəbilik əlamətlərini qiymətləndirmək üçün "Qısa qıcıqlanma testi" (BITe) keçiblər. Bu testdə mümkün nəticələr 5 ilə 30 arasında dəyişir; yüksək ballar daha yüksək əsəbilik səviyyəsini göstərir.
Təhlil zamanı depressiya və narahatlıq kimi psixoloji simptomlar da nəzərə alınıb. İştirakçıların orta yaşı 46, cinsiyyət bölgüsü isə belə olub - 58,5 faiz qadın, 40,4 faiz kişi. Sorğuda iştirak edənlərin 78,2 faizi gündəlik ən azı bir sosial media platformasından istifadə etdiyini bildirib. Sosial mediadan tez-tez istifadə edənlərdə daha yüksək əsəbilik skorları qeydə alınıb. Məsələn, günün çox hissəsini sosial mediada keçirən istifadəçilərin BITe skorları, tənzimlənməmiş modellərdə, 3,37 bal daha yüksək olub. Depressiya və narahatlıq kimi faktorlar nəzərə alınsa belə, bu fərq 1,55 bal səviyyəsində qalıb. Analiz sosial media platformalarında yerləşdirmə tezliyi ilə əsəbilik arasında "doza-cavab" əlaqəsini göstərib.
TikTok istifadəçiləri arasında gündə bir neçə dəfə paylaşım edənlər ən yüksək əsəbilik skorlarına sahib olub. Tez-tez siyasi paylaşımlar edən və ya siyasi xəbərləri istehlak edən istifadəçilərdə də yüksək əsəbilik müşahidə edilib. Bununla belə, siyasi xəbərləri çox yaxından izləməmək əsəbilik səviyyəsinin bir qədər azalması ilə əlaqələndirilib. Həddən artıq sosial media istifadəsi səviyyəsi, xüsusilə də tez-tez paylaşımlar, böyüklər arasında artan əsəbiliklə əlaqələndirilib.
Tədqiqat birbaşa səbəb-nəticə əlaqəsini təsdiqləməsə də, əsəbiliyin həm sosial media istifadəsini artıran, həm də sosial media istifadəsindən qaynaqlanan bir hal ola biləcəyi irəli sürülüb. Əldə edilən nəticələr ictimai sağlamlıq strategiyalarının inkişaf etdirilməsi və müdaxilə yollarının tapılması üçün əlavə araşdırmaların vacibliyini vurğulayır.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Dünyada qızılca epidemiyası: Yoluxma rekord həddə çatdı
-
30 yaşdan sonra qadınlar nələrə diqqət etməlidir? – Vacib tövsiyələr
-
Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı
-
Yüksək təzyiqin gizli səbəbi - İnsanlar bundan xəbərsizdir
-
İş günündən əvvəl hansı hərəkətlər faydalıdır?
-
Diyetoloq ən faydalı çörək növlərini və gündəlik istehlak normasını açıqladı
XƏBƏR LENTİ
-
Ruslan Ənvərliyə Kənd Təsərrüfatı Nazirliyində vəzifə verildi
-
Sabah Oğuzda qaz olmayacaq
-
Leyla Əliyevanın təşəbbüsü ilə yaşıllıqların mühafizəsinə dəstək verən “agac.az” mobil tətbiqi istifadəyə verilib
-
Mustafa Sandalın qayınatasının evi atəşə tutulub: Hücumun təfərrüatı - (Foto)
-
Rusiyalı azarkeş oşğlunun yanında can veribmiş - (Yenilənib/Foto)
-
Milli İncəsənət Muzeyində “Klassik musiqi zamanı” adlı konsert proqramı keçirilib - (Foto)
-
Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub - (Foto)
-
Anası və atalığının zorakılığına məruz qalan uşaq sığınacağa yerləşdirildi – Yenilənib - (Video)
-
"Sabah"a 2 qol vuran Qordon ÇL-də həftənin ən yaxşısı seçilib
-
Nazirlikdə yeni şöbə yaradıldı, Ayaz Müseyibov rəhbər təyin edildi
-
Keçmiş nazir müavini PA-da yüksək vəzifəyə təyin edildi
-
Estoniya xarici işlər naziri Bakıya gəlir
-
Qadının kömək çağırışı cavabsız qalmadı: Hücum edən şəxs tutuldu
-
Milli İncəsənət Muzeyində “Danışan misralar” adlı konsert proqramı keçirilib - (Foto)
-
Əfsanəvi boksçu Türkiyə serialında - (Video)
-
Nəsimi Musayevin həbs müddəti uzadıldı
-
Tanınmış xanəndəyə ərindən efirdə romantik sürpriz (Video)
-
Xaçmazda park əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilib - (Foto) (Video)
-
Bakıda yağış yağan kimi yollar niyə bağlanır? - Tıxacın əsas səbəbləri
-
Kəmalə Qaramollayevanın keçmiş əri konsertinə gəldi (Video)
-
Orxan Kəngərli ilə bağlı qərar verildi
-
Bazarda meyvə-tərəvəz 50 faizədək bahalaşdı
-
İsmail Hacıoğlu boşandığı arvadı ilə yenidən evləndi - (Video)
-
“Allahdan arzu edirəm ki, birinci mən, sonra arvadım ölsün"





