Sağlamlıq

Hər gün istifadə olunan makiyaj fırçaları - bu xəstəliklərinə səbəb ola bilər

19 Yanvar 2025 11:00
Baxış: 361
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Makiyaj fırçaları və süngərləri düzgün təmizləməmək dermatoloji və oftalmoloji xəstəliklərə səbəb ola bilər.

Milli.Az e-saglam.az-a istinadən xəbər verir ki, biotexnoloq Mariya Zolotarevanın bildirdiyinə görə, bu alətlərdə toplanan makiyaj qalıqları, sebum, ölü dəri hüceyrələri və bakteriyalar dəridə və gözlərdə infeksiyalara yol aça bilər. Sızanaq, follikulit, kontakt dermatit və hətta konjonktivit kimi xəstəliklər yaranma riski daşıyır.

Fırçaların həftədə ən azı bir dəfə yumşaq sabun və ya xüsusi şampunla yuyulması, antiseptiklərlə gündəlik təmizlənməsi və düzgün şəraitdə saxlanılması vacibdir. Süngərlər isə hər istifadədən sonra yuyulmalı və üç aydan bir dəyişdirilməlidir. Təbii tüklərdən hazırlanmış fırçalar daha çox diqqət tələb edir, sintetik tüklər isə baxım baxımından daha rahatdır və bakteriyaların yığılmasına daha az meyllidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.